Astronomiya · Fizika

Qaranlıq maddənin mənşəyi ilə bağlı yeni nəzəriyyə

Kainatın sadəcə kiçik bir qismi görünən maddədən əmələ gəlmişdir, yerdə qalan böyük bir hissəsi isə qaranlıq maddə və qaranlıq enerjidən meydana gəlmişdir. Qaranlıq enerji haqqında məlumatlar çox azdır, ancaq qaranlıq maddənin varlığı haqqında çoxlu nəzəriyyələr və təcrübələr mövcuddur. Almaniyanın Mayns şəhərində yerləşən Yohannes Qutenberq Universitetinin (Johannes Gutenberg University – JGU) elm adamları kainatın başlanğıcından dərhal sonra qaranlıq maddənin necə ortaya çıxdığına dair yeni bir nəzəriyyə irəli sürdülər. Bu yeni model mövcud araşdırmalarda müxtəlif təcrübələrin mövzusu olan WIMP – Vimpslər (WIMPs-Weekly Interactive Massive particles) – “Qəribə zərrəciklər paradiqması”na yeni bir alternativ təqdim edir. Qaranlıq maddə kainatda  mövcud olub, qalaktikaları və kainatda bilinən ən böyük strukturları formalaşdırır. Qaranlıq maddə kainatın 23%-ni əmələ gətirdiyi halda, planetləri, ulduzları və hətta, planetimizdəki həyatı formalaşdıran görünən zərrəciklər kainatın yalnız 4-5%-ni əmələ gətirir. Hal-hazırkı ehtimal qaranlıq maddənin əmələ gəlməsindən bu yana sabit halda tapılan kosmoloji bir qalıq olduğunu deyir. Ancaq JGU Fizika İnstitutunun elm adamları kainatın başlanğıcında qaranlıq maddənin dəyişkən ola biləcəyini irəli sürdülər. Bu dəyişkənlik, eyni zamanda, kainatda müşahidə edilən qaranlıq maddə miqdarını izah edə biləcək bir mexanizmin də varlığına işarə edir.

Karanlık Maddenin Kökenine İlişkin Yeni Bir Kuram
Yeni qaranlıq maddə modelində  Hiqqs zərrəciyi zərrəciklər fizikasının standart modelindəki zərrəciklərin xüsusiyyətlərindən daha fərqli özəlliklərə sahibdir. Bu şəkil model parametrlərinin bir funksiyası olaraq Hiqqs zərrəciklərinin enerjisini göstərməkdədir. © Michael Baker, JGU

Qaranlıq maddənin sabitliyi, ümumilikdə, simmetriya prinsipi ilə açıqlanır. Ancaq “Physical Review Letters”-də dərc olunan araşdırma məqaləsində simmetriyanın diffraksiyasından sonra kainatın yeni bir mərhələyə keçmiş ola biləcəyi irəli sürülür. Bu da hipotetik qaranlıq maddə zərrəciklərinin parçalanmasının mümkün olduğu mənasına gəlir. Elektrostatik faz keçidi əsnasında qaranlıq maddəni stabil edən simmetriya qaranlıq maddənin kainatda günümüzə qədər varlığını qoruya bilməsini mümkün hala gətirən formada təkrar yaranmış ola bilər. Komanda önə sürdükləri bu yeni mexanizmin kainatdakı maddə və anti-maddə arasındakı bərabərsizliklə bağlı ola biləcəyini və gələcəkdəki qravitasiya dalğaları təcrübələrində müəyyən bir iz buraxa biləcəyini iddia edir.

Qaynaqlar və əlavə oxu:

Dark Matter Decay between Phase Transitions at the Weak Scale. Physical Review Letters, (2017). https://journals.aps.org/prl/abstract/10.1103/PhysRevLett.119.061801 -New theory on the origin of dark matter: Theoretical physicists present an alternative to the WIMP paradigm. ScienceDaily. http://www.sciencedaily.com/releases/2017/08/170808145931.htm (accessed September 9, 2017). -Karanlık Maddenin Kökenleri. Bilimfili.com https://bilimfili.com/karanlik-maddenin-kokenleri/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma