Biologiya · Tibb

İnsan klonlaşdırmaq

Tədqiqatçılar klonlanmış insan embrionundan kök hüceyrə əldə etməyi bacardıqlarını bildirdilər, Science redaktorları bunun uzun zamandır gözlənilən elmi inqilab olduğunu və ilin kəşfi olacağını söyləmişdilər.

Onlarla uğursuz cəhdlərdən sonra nəhayət gerçəkləşdi. Alimlər bu il klonlanmış insan embrionundan əldə edilən və uzun zaman ərzində canlı qala bilən embriyonik kök hüceyrə əldə edə bildiklərini elan etdilər. Klonlanmış hüceyrə ilə mükəmməl genetik uyğunluq təmin edən hər hansı bir toxuma inkişaf etdirilə bilən embrionik kök hüceyrələrin araşdırma və tibb sahəsində güclü bir vasitə olduğunu sübut edirlər. Ancaq embrionların yox olması və kök hüceyrə istehsalı üçün insan klonlamanın daha ucuz və asan bir metod olaraq normal hala çevrilməsini düşünmək belə həyəcanvericidir.

Klonlaşdırmama texnikası 17 il əvvəl klon qoyun Dollidə istifadə olunan və “Somatik Hüceyrə Nüvəsi Köçürülməsi” (SCNT) olaraq adlandırılan metod ilə eynidir. Elm adamları bir yumurta hüceyrəsinin nüvəsini çıxarırlar və geriyə qalan hüceyrə tərkibi ilə  klonlanacaq canlıdan alınan hüceyrəni qarışdırırlar. Sonra qarışmış yumurta hüceyrəsinə bölünməyi başladacaq bir siqnal verirlər və əgər hər şey qaydasında gedərsə, bir embrion əmələ gəlir. Elm adamları SCNT metodu ilə siçovul, donuz, it və digər heyvanları klonlaşdırdılar, ancaq insan hüceyrələri üzərində işləmək daha diqqətli olmağı tələb edirdi. Uzun illər çəkən müxtəlif təcrübələr aşağı keyfiyyətli embrionlardan başqa heç nə ortaya çıxarmamış və embrioloji kök hüceyrə alınmamışdı.

Ancaq Beavertondakı Oregon Milli Primat Araşdırma Mərkəzində alimlər 2007-ci ildə nəhayət ki, bir meymun embrionu klonlaşdırdılar və embrioloji kök hüceyrə əldə edə bildilər. SCNT texnikasında etdikləri bir neçə kiçik dəyişiklik primat hüceyrələrində və hətta, insan hüceyrələrində də daha effektiv olduğunu kəşf etdilər. Son metod sürpriz olmuş və tətbiqi uğurlu olmuşdu, 10 təcrübədən birində embrioloji kök hüceyrə əldə edilmişdir. Zərif insan yumurtasının hüceyrələrində çox önəmli molekulları stabilləşdirən əsas maddə isə kafein idi.

Metodun uzun zamanda nə qədər önəmli olacağı hələ də cavabsız bir sualdır. İlk insan klonlaşdırma tədqiqatlarından bu yana keçən illərdə, alimlər induksiyalı pluripotent kök hüceyrələrdəki (İPS hüceyrələr) yetkin hüceyrələri yenidən proqramlaşdıraraq xəstəyə xas kök hüceyrə əldə edə biləcəklərini kəşf etdilər. Bu metod 2007-ci ildə insan hüceyrələrinə adaptasiya edilməsi nəticəsində SCNT metodunun bahalı və mübahisəli olması səbəbindən insan yumurtasına və insan embrionu inkişafına ehtiyacı ortadan qaldırdı. Amma bəzi təcrübələr göstərdi ki, ən azından siçovullarda klonlaşdırılmış embrionlardan əldə edilən kök hüceyrələr İPS hüceyrələrindən əldə edilənlərdən daha keyfiyyətlidir. İndi isə tədqiqatçılar 2 tip insan kök hüceyrəsini qarşılaşdırmaq istəyir.

Bu inkişaf, əlbəttə, klonlaşdırılmış körpələr mövzusunda narahatlıqları artırır. Ancaq indi elə də inandırıcı görünmür. Çox təəssüf ki, Oregondakı alimlər yüzlərlə təcrübələrdə edilən klonlanmış meymun embrionlarının heç birinin daşıyıcı dişilərdə hamiləlik yaratmadığını deyir.

Qaynaq:  Science

http://evrimagaci.org/photo/tr/nihayet-insan-kopyalama-klonlama

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma