Biologiya · Tibb

Ölən Birini Həyata Geri Qaytarmaq Mümkündürmü?

Ürək döyüntüsü, beyin aktivliyi ya da nəbz olmadıqda hamı ölümün qaçınılmaz olduğu qənaətinə gələcək. Amma vəziyyəti əksinə dəyişdirə bilərsiniz. Arizona Universitetindən Pitr Ri (Peter Rhee) və Merilend Universitetindən Semuel Tişermen (Samuel Tisherman) ölü bədənləri “suspended animation” adlanan “asqıda (gözləyən) canlandırma”, “anabioz”metodu ilə saatlarla həyatda tuta bilirlər. Hələlik sadəcə heyvanlar üzərində təcrübədən keçirilən metod yaxınlarda radikal bir tibbi praktika olaraq inkişaf etdiriləcək; sırayla vücud qandan təmizlənir və bədənin orta temperaturu 20C-dən aşağı temperatura qədər soyudulur.

Bu andan sonra ölümə səbəb olan xəstəlik aradan qaldırılır, qan damarlar vasitəsi ilə geri nəql edilir və bədən yavaş-yavaş qızdırılır. Təcrübə zamanı bədənə qan verildikcə ağappaq olan dəri rənginin yenidən qırmızımtıla dönməsi müşahidə edildi. Müəyyən bir temperaturdan sonra ürək döyünməyə və öz-özünə işləməyə başlayır. 30C temperaturda ürək döyündükdən sonra bu döyüntü vasitəsilə isinərək daha da aktiv hala gəlir. Araşdırmadakı həyata geri qaytarılan hayvanlar cüzi miqdarda həmin xəstəliyin göstəricilərini daşıyırdılar, çox vaxt geri döndükləri anda halsız və dalğın halda olurlar, amma bir gün ərzində özlərinə gəlib normal hala qayıdırlar.

Ümumiyyətlə, bu, texniki bir ölüm aldatması kimi görünür. Vücudu bilərəkdən işləməz hala gətirib problemi aradan qaldırdıqdan sonra həyata geri qaytararaq (suspended animation) ölümü aldadırıq.

Bu yazını və içindəki terminləri oxuduqca ağlınız birbaşa elmi-fantastik filmlərdəki kimi insanları dondurub yüzlərlə, minlərlə il sonra təkrar həyata qaytarma səhnələrinə gedəcək. Bundan fərqli və daha ağıllıca bir metod ilə bunun artıq mümkün olduğunun bilinməsi son dərəcə önəmlidir və tətbiq edilə bilən olması heç də uzaq deyil.

1960-cı illərdə Peter Safar ilə birlikdə işləyən (Safar, döş qəfəsinə təzyiq tətbiq edərək ürəyi yenidən işlək hala gətirən masajın ixtiraçısıdır – cardiopulmonary resuscitation – CPR) Tişermen: “Bu kəşf ilə elm dünyasında ciddi bir yer alan həyata geri qaytarma əməliyyatları indi daha da inkişaf etdirildi və  “bir dəfə ölsən, geri dönüş yoxdur” sloqanını, demək olar ki, çökdürdü və çökdürməyə davam edəcək”,– şəklində açıqlama etdi.

Peter Rhee (sağda)
Peter Rhee (sağda)

2013-cü il dekabr ayında baş tutmuş bir hesabata görə, 1 il ərzində əməliyyatlara girən və xəstələrini itirdiklərini düşünən həkimlərin 50%-i “Lazarus phenomena” olaraq bilinən ürəyin yenidən döyünməyə başlaması halını müşahidə etmişdi. Nisbətindən, böyüklüyündən aslı olmayaraq ürək dayandığı an qan və dolayısı ilə oksigen getməyən orqanlar hər dəqiqə bir az da ölür, xüsusilə də, beyin… Safar bu problemə bir həll yolu tapmışdı; bədəni buz vannasına salıb temperaturunu 30 dərəcədən aşağı salaraq ölü bədəndəki hüceyrələrin daha yavaş bir metabolizm ilə işləyərək daha az oksigenə ehtiyac duymalarını və daha gec ölmələrini təmin etmişdi.

Zaman “oğurlamaq”

Avtomobil qəzaları və ya silahla yaralanmalar nəticəsində ürəyi dayananlar üçün bu qədər uzun zaman alan bu metodu bu an tətbiq etmək hələlik uyğun deyil. Elm adamları bunun üçün arteriya damarlarını bağlamağı, sonra isə döş qəfəsini açmağı ya da ürək masajı etməyi üstün tuturlar, ancaq bu vəziyyətdə də geri dönmə şansı təxmini 10% nisbətində qalır.

Bunun yerinə, Tişermen bədən temperaturunu 10-15 dərəcə aşağı salaraq cərrahlara 2 saat artıq vaxt qazandırır və ən önəmlisi, onsuz da işimizə yaramayacaq qan bədəndən tam təmizlənir və bədəni daha sürətli şəkildə soyudan duzlu su qanın yerinə əlavə olunur.

20 ildən artıqdır ki, Ri və digərləri ilə bu metodun tətbiq edilə bilən və etibarlı olduğuna dair portfolyo (tədqiqatın yazılı məcmuəsi) hazırlığında olan Tişermen ölümcül yaraları olan donuzlar ilə bir çox təcrübələr apardı. Ölüm ayağında sürətlə temperaturu aşağı salınan və demək olar ki, ağappaq bir ət kimi qalan donuzlar 2C dərəcədə metodun tətbiqindən sonra 90% nisbətində həyata geri döndükləri müşahidə olunmuşdu. Riyə görə dünyada bundan inanılmaz müşahidə təcrübəsi ola bilməz.

Damarlara qan əvəzinə duzlu su yeridilir

Əvvəlcə bu heyvanlar üzərində beyin zədələnməsini ölçmək üçün bir sıra testlər edildi. Ölümlərindən əvvəl təlim görən donuzlar ilə digər təlim görmüş donuzlar arasında heç bir beyin aktivliyi fərqi müşahidə olunmamışdı. Bu, demək olar ki, bütün araşdırmanın ən həyəcanlı hissəsidir, çünki bu, həyata geri qaytarma əməliyyatının beynə və yaddaşa heç bir zərər vermədiyi anlamına gəlir.

Edilən sınaqların azlığına görə nəticələr haqqında tam şəkil bir şey söyləmək üçün tez olsa da, Pitsburqdakı bir xəstəxanada təcrübələrə başlandı. Tibbi araşdırma baxımından heyvanlar üzərində aparılan təcrübələrin insanlar üzərində edilməsi bir qədər problemlər yarada bilər. Bu problemlərdən biri insanların əməliyyatdan sonra alacaqları yetərli miqdarda qanın tapılmasıdır (qan növbəsində gözləyən minlərlə insandan hamımız xəbərdarıq).

Əgər təcrübələr plana uyğun şəkildə getsə, tədqiqatçılar bu metodu digər travmatik hallar üçün də sınamaq niyyətindədir. Hələlik sınaq üçün xüsusi silahla yaralanan bir (xaricdən yaralanma və qanama) xəstənin seçilməsinin səbəbi qanayan yerin asanlıqda təyin olunmasıdır. Sonrakı mərhələdə isə daxili qanaması olanlar üzərində əməliyyat aparılacaq. Bəlkə də sonralar ürək tutması və digər xəstəliklərə tutulmuş insanlar üzərində də sınaqdan çıxarıla biləcək.

Bu araşdırmadakı nailiyyət “suspended animation” (az. Anabioz – gözlədilmiş canlandırma) texnikasının tətbiq ediləcəyi yeni araşdırmaları və formaları da gündəmə gətirəcək. Alimlər indi bədənə yeridiləcək duzlu suya qatılacaq dərman qarışığının ölümə səbəb olan zədələnmiş bölgəni müalicə etməyə və metobolizmin daha da azalmasına səbəb ola biləcəyi barəsində mübahisə edirlər. Bu dərmanlar və ya kimyəvi maddələr müxtəlif olsalar da, hələ ki, alimlər, xüsusilə, antioksidanlar, antibakteriyallar və hidrogen sulfid kimi metabolizmi azaldan maddələrə diqqət yetirirlər.

Mənbə:

https://bilimfili.com/olen-birisini-hayata-dondurmek-mumkun-mu/

Bir şərh yazın