Astronomiya

Yerdə tapılan ən böyük kosmik daş: Hoba meteoridi

Yerdə tapılan ən böyük kosmik daş: Hoba meteoridi

1920-ci ildə Cənubi Afrika ölkesi olan Namibiyda kəşf edilən Hoba meteoridi bu zamana qədər Yerdə tapılan ən böyük kosmik daşdır. Tərkibi müxtəlif metallarla zəngin olan bu meteoridin planetimizə tam olaraq nə zaman düşdüyü isə hələ də dəqiq bilinmir. Tədqiqatçılar Yerlə toqquşmanın yaşını 80.000 ildən artıq olmadığını təxmin edirlər.

Yer atmosferinə gəlib çatan kosmik daşlar yer üzünə çatıb çatmamaqlarına görə 2 qrupa bölünür: meteorlar və meteoridlər. Yer səthinə gəlib çatmadan atmosferdə sürtünmə nəticəsində yanıb kül olanlar meteor, səthə çata bilənlər isə meteorid adlanır. Burdan belə nəticə çıxır ki, Namibiyanın Otjozondjupa bölgəsinə olduqca böyük bir parça halında enməyi bacaran Hoba adlı kosmik daş bir meteoritdir. Kütləsinin azı 60 ton olduğu təxmin edilən bu meteoritin tərkibinin əsas hissəsini dəmir (Fe) təşkil edir. Hoba kosmik daşı Yer üzündəki ən böyük meteorid olması ilə birgə həm də yer üzündəki ən böyük dəmir parçası olmaq ünvanına da sahibdir.

Hobanın yaxın plandan fotoşəkili (Müəllif: Dave Conroy)

Hobanın yaratdığı krater bizim dövrə qədər gəlib çıxmamışdır. Əlavə olaraq meteoridin Yerlə toqquşmasına dair də hər hansı bir geoloji sübut aşkar olunmamışdır. Kəşfi isə təsadüfən gerçəkləşən bir hadisədir. Meteoridin tapıldığı ərazinin sahibi Jacobus Hermanus Brits 1920-ci ildə tarlalarından birini şumlayarkən alətin nəyəsə çarpdığının fərqinə varır. Yüksək bir metal sürtünməsi sesi eşidilir və Britsin ərazini şumlayan nəqliyyat vasitəsi dayanır. Maneənin nə olduğunu öyrənmək üçün başladılan qazıntı işlərinin nəticəsində bunun 2,7×2,7×0,9 metr ölçülərində bir meteorid olduğu ortaya çıxır.

Hoba 1920-ci ildə kəşf olunub

Tərkibi 84% dəmir, 16% nikel, qalan hissəsi də kobalt olan Hoba meteoritinin maraqlı özəlliklərindən biri də hər iki üzünün yəni, həm alt, həm də üst üzünün düz olmasıdır. Tərkibində nikel miqdarı yüksək olan meteoridlər “ataksid” (İng. ataxite) adlanır və nadir rastlanan bu qrupun bir üzvü də tərkibində 16% nikel olan Hoba meteroidi olur. Smithsonian Geofizika Rəsədxanasının bir hesabatında bildirdiyi kimi, “Hobada heç bir çat ya da zəif qisim yoxdur və nikelin faiz nisbəti yüksək olan ataksit olduğundan bütöv formasını asanlıqla qoruyub saxlayır və asanlıqla parçalanmır” .

Mənbə:

https://bilimfili.com/gezegenimizde-bulunan-en-buyuk-goktasi-hoba-meteoriti/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma