Fizika · maraqlı

Zamanı qabaqlayan dahi – Leonardo da Vinçi

Leonardo da Vinçiyə aid  kiçik bir qeyd dəftərçəsində daha öncə sadəcə mənasız bir qaralama kimi görünən qeydlərin təkrar incələnməsiylə dahi alimin sürtünmə qüvvəsi qanunlarını hələ kəşf olunmamışdan 200 il əvvəl aşkar etdiyi aydın oldu. Kembric universitetindən Prof. Ian Hutchings,  da Vinçinin sürtünmə ilə bağlı bu bilgini 20 il ərzində düzəltdiyi makinalarda necə məharətlə tətbiq etdiyini göstərdi.

1493-cü ildə da Vinçiyə aid kiçik qeyd dəftəri (92 mm x 63 mm) bu gün hələ də Viktoriya və Albert Muzeyində saxlanılır. 1920-ci illərdə muzeyin əvvəlki direktoru bu çizgiləri ,mənasız qaralama kimi xarakterizə etmişdi. Daha çox səhifənin üstündə Truvalı Helen olduğu düşünülən yaşlı qadın rəsminin altında yazılan, “ölümlü gözəllik keçicidir və davam etməz – mortal beauty passes and does not last” yazısına fokuslanmışdı.

Ancaq Prof. Hutchings bu çizgiləri diqqətlə incələdi və əvvəllər mənasız görünən qırmızı çizgilərin tribologiya(sürtünməni öyrənən elm) ilə əlaqəli ola biləcəyi  qənaətinə gəldi. Sürtünmə, aşınma və yağlanma ilə əlaqəli olan bu çizgilər, sürtünmə qanunlarına bağlı ən erkən yazılı mənbə olma özəlliyini daşıyır. Bu çizgilərdə asqıda bir blok və bir-biri üzərində sürtünən bir neçə blok görünür ki,  bu da sürtünməni gözstərməyə kifayət edir.

davincisürtünme yasaları

“Bu çizgilər və yazı Leonardonun 1493-cü ildə sürtünməni anlayıb dərk etdiyini göstərir. O, iki səth arasındakı sürtünmə qüvvəsinin səthlər arasındakı yüklə düz mütənasib  ve  sürtünmənin iki səth  arasındakı görünən sahədən aslı olmadığını bilirdi. Bu gün sürtünmə qanunları  Fransız alim Guillaume Amontonsun Leonardodan 200 il sonrakı tədqiqatları ilə anılır,” deyə qeyd edir Prof. Hutchings. Yenə də təbii ki, Amontons da bu təriflərə layiq deyil demək olmaz. Belə ki, Amontons tədqiqatlarını müstəqil olaraq aparmış və nəticə əldə etmişdir. Həqiqətən də da Vinçi sürtünməyə ilkin sistematik araşdırmalarını burada sərgiləmişdir. İxtiraçı 20 illik araşdırmasında təkərlər, disklər və müxtəlif cür silindirlər arasındakı əlaqələri analiz edərək sürtünmənin necə yararlı ola biləcəyinə aydınlıq gətirmişdir. “Leonardonun çizgiləri və etdiyi qeydlər şübhəsiz bəzi təcürəbələrin nəticəsi idi“deyə Prof. Hutchings qeyd edir. Araşdırma Wear araşdırma dərgisində yayımlanmışdır .

Mənbə :

http://www.gizmag.com/da-vinci-laws-friction/44518/?li_source=LI&li_medium=default-widget
http://www.gercekbilim.com/leonardo-da-vincinin-surtunme-kanunlari-not-defteri/ .

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma