Kompüter · Texnologiya

Molekul inşa edən “robotlar”

Mançestr Universitetinin alimləri   molekullar inşa etmək də daxil, bəsit tapşırıqlar yerinə  yetirə bilən  dünyanın ilk “molekulyar robot“unu hazırladılar. Təqiqatın geniş təfsilatı Nature dergisində yayımlanmışdır. Ölçüləri millimetrin milyonda biri qədər olan molekulyar  robotlar kiçik bir qol istifadə edərək irəliləyib, molekulyar formalar şəkilləndirə biləcək şəkildə proqramlaşdırıla bilirilər. Hər bir robot tək bir molekulu yönləndirmə bacarığına sahib və sadəcə 150 karbon, hidrogen, oksigen ve azot atomlarından ibarətdir. Ölçülərini daha yaxşı anlaya bilmək üçün belə düşünə bilərik: Bu robotlardan milyad dəfə milyard dənəsinin əmələ gətirəcəyi yığın bir duz dənəsi qədər olur. İrəlidə bu robotların  tibbi məqsədlər üçün istifadə edilə biləcəyi düşünülür. Komanda lideri Prof.David Leigh belə deyir: “Bütün maddələr atomlardan ibarətdir və atomlar molekulları əmələ gətirən ilkin materiallardır. Bizim robotumuz həqiqətən də  atomlardan düzəldilmiş bir molekulyar robotdur eynən Lego parçalarından bəsit robotların yığılması kimi. Alimlər tərəfindən   proqramlaşdırılan bu robotlar bəsit tapşırıqları yerinə yetirə bilirlər. Avtomobil sənayesində istifadə olunan robotlara bənzəyirlər,həmin  robotlar bir paneli alır və avtomobilin gövdəsinin yığılması və düzgün şəkildə yerləşdirilməsi üçün dəqiqliklə proqramlaşdırılır . Fabriklərdəki bu cür robotlar kimi bu molekulyar robotlar da tapşırılan əməliyyatı düzgün yerinə yetirmək üçün proqramlaşdırıla bilir. Təbii ki, bunu çox  kiçik-molekulyar ölçülərdə edirlər. “ Belə kiçik bir mexanizmə sahib olmağın yaxşı tərəfi məmulat tələbini böyük ölçüdə aşağı salmasıdır. Əlavə olaraq bu robotlar dərman sənayesini sürətləndirib inkişaf etməsinə böyük təsir göstərirlər. Potensial istifadə sahələrinin çox geniş  olacağına heç bir şübhə yoxdur. Prof. Leigh bunları əlavə edir: “Molekulyar robotika, mexanizm minyatürizasiyasında son nöqtəni təmsil edir. Məqsədimiz mümkün olan ən kiçik cihazları qurmaqdır. Bu hələ başlanğıcdır ve 10 – 20 il ərzində molekulyar robotların  fabriklərdə material istehsalına da keçəcəyini düşünürük.” Bu kiçik makinaların qurulması və işlədilməsi aşırı dərəcədə qarışıq olmaqla bərabər, komanda tərəfindən istifadə olunan texnikalar, bəsit kimyəvi reaksiyalara dayanır. Prof. Leigh deyir: “Robotlar, kimya yoluyla istehsal olunub, işlədilir. Kimya, atomların və molekulların bir-birlərinə nə cür təsir göstərəcəklərinin və böyük molekulların, daha kiçik molekullardan necə inşa ediləcəyini bilən elmdir. Nanorobotlara inşa edildikdən sonra nə edəcəklərini deyən kimyəvi girdilər (input) əlavə olunur, eynilə kompüterdə kod yazarkən daxil edilən girdilər(input) kimi.”

Mənbə: https://bilimfili.com/molekul-insa-eden-molekuler-robot-uretildi/

Phys.org, “Scientists create world’s first ‘molecular robot’ capable of building molecules“ İlgili Makale: Salma Kassem et al, Stereodivergent synthesis with a programmable molecular machine, Nature (2017). DOI: 10.1038/nature23677

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma