maraqlı · Psixologiya · Tibb

DEJAVU: Mən Bu Anı Daha Əvvəl yaşamışdım!

Çoxumuz bəzən gördüyümüz bir insanı daha əvvəldən tanıdığımızı və ya getdiyimiz bir yerdə əvvəldən olduğumuzu zənn edər və bunu haradan cıxardığımızı uzun-uzun düşünürük. Ümumiyyətlə də sualımızın cavabını belə bilməz, sonda “bir yerdən tanıyıram amma nəysə” deyər keçərik. Bax bu bizim üstündə durmadığımız sual, alimlərin illərdir haqqında araşdırmalar etdiyi “dejavu” anlayışının ta özüdür.

“Déjà vu” sözcüyü Fransızca “daha əvvəldən görülmüş” mənasını verən və vəziyyəti tam olaraq ifadə etməsi səbəbiylə bütün dünyada bu şəkliylfə istifadə edilən bir termindir. Bir az daha açacaq olsaq dejavu, yaşanan bir hadisəni yenidən yaşamaq və ya görülən bir yeri ya da adamı əvvəldən görmüş olma hissidir.

Əslinə baxsanız dejavu ümumi başlığı altında 3 fərqli tip yenidən görmə halı söz mövzusu ola bilir. Bunlardan ən tez-tez rast gəlinən “déjà vecu” yəni “daha əvvəl yaşanmış” olanıdır. Məsələn bir söhbət əsnasında qarşınızdakının verdiyi cavab üzündəki ifadə sizə çox tanış gələ bilər və sizi “Mən bu anı daha əvvəl yaşamışdım sanki!” ifadəsini deməyinizə məcbur edər.

İkinci tip, duyğu orqanlarımızdan ayrıca, tamamilə mental bir vəziyyət olan “déjà senti”dir.  Mənası “daha əvvəl hissedilmiş” deməkdir.  Bunda da bir hadisə qarşısında -daha əvvəl yaşadığınız başqa bir hadisə ilə uyğunluq- içinizdə oyanan hiss sizə çox tanış gələ bilir.

Son tip isə olduqca nadir görülən və hadisənin parapsixoloji yanını qüvvətləndirən “déjà visit” yəni “daha əvvəl gedilmiş”. Burada da adam, məsələn daha əvvəl heç getmədiyi bir ticarət mərkəzində tualetin harada olduğunu əliylə qoymuş kimi bilə bilir. Bu son tip hələ də üzərində ən az çalışılmış və haqqında ən az məlumata sahib olduğumuz dejavu şəklidir.

 

6-cı hiss, yoxsa yaddaş xətası?

Yaxşı, niyə bu hiss bəzilərimizin başına narahat edici dərəcədə tez gələrkən bəzilərimiz bu hadisəni heç yaşamır? Bu bir 6-cı hiss ya da fövqəltəbii güc nümunəsidirmi, yoxsa tamamilə beyin funksiyalarıyla əlaqədar, elmi olaraq açıqlana bir vəziyyət?

Bir çox adam bunun Hinduizm, Buddizm kimi inanclarda var olan samsara (yenidən doğma) anlayışıyla əlaqədar olduğunu düşünür. Lakin elm adamlarına görə vəziyyət heç də elə deyil.

Dejavunun meydana gəlmə mexanizmi ilə əlaqədar indiyə qədər irəli sürülmüş bir neçə fərqli nəzəriyyə var.

Bunlardan birincisi beynin sağ və sol yarımkürələrindəki məlumat ötürmə zamanı yaranan gecikmənin, eyni şeyi iki dəfə qəbul etməyə yol açmasıdır. Bir digər nəzəriyyəyə görə isə dejavu, bir şeyi gördüyümüz anda sağ ya da sol gözdən gələn xəbərdarlıqda, saniyənin mində biri qədər də olsa bir gecikmə baş verir, beyin iki ayrı siqnal alır və bu da eyni şeyi iki dəfə görmüş hissi yaradır. Lakin bu iddia 2006-ci ildə edilmiş bir araşdırmada kor bir adamın toxunma, qoxu və eşitmə duyğularıyla əlaqədar dejavu yaşadığının isbatlanaması ilə  etibarlılığını itirməyə başladı, çünki bu hadisə üçün görmənin şərt olmadığı göstərilmiş oldu (O’Connor AR, Moulin CJ. Normal patterns of deja experience in a healthy, blind male: Challenging optical pathway delay theory. Brain and Cognition. 62 (3): 246-9, 2006).

 

Neokorteks və yaddaş bir-biriylə zidd düşür!

2007-ci ildə edilmiş bir araşdırmada isə vəziyyətin tamamilə beynin tanıma və yaddaş hissəsinin işiylə əlaqəli olduğu ifadə edilir (MCHUGH TJ, Jones MW, Quinn JJ, Balthasar N, Coppari R, Elmquist JK, Lowell BB, Fanselow MS, Wilson MA, Tonegawa S. Dentate gyrus NMDA receptors Mediate rapid pattern separation in the hippocampal network. Science. 317 (5834): 94-9,2007). Bu son nəzəriyyə bu an ən çox qəbul görən məlumatları ehtiva edir.

 

Araşdırmaya görə dejavu mexanizmi ilə beyindəki tanıma mexanizmi bir-biriylə yaxından əlaqəlidir. Tanıma mexanizmi içində iki fərqli işləmə şəkli var: Yadda saxlama və tanış olma. Xatırlama olduğunda keçmişlə o anın əlaqəsini dərhal qura bilirik. Məsələn, marketdə bizə tanış gələn adamı daha əvvəl avtobusda gördüyümüzü dərhal anlaya bilirik. Amma dost olduğumuz adamı haradan tanıdığımızı bir cür tapa bilmirik.

Beyində hipokampus adlı yaddaş mərkəzində, xüsusilə anlıq yaddaşdan məsul bölgə olan dentat girus, gördüyümüz ya da yaşadığımız bir şeyi kompüter kimi yazır. Bunu edərkən də onu vizual, akustik, müvəqqəti və daha bir çox modelə ayırır. Beləcə mental bir xəritə çıxarılmış olur və gələn yeni məlumatlar bu xəritədə yerlərinə yerləşir.

“Pattern separation” deyilən və müəyyən bir gen sayəsində çalışan bu sistemin içində bəzən çox bənzəyən lakin eyni olmayan parçalar üst-üstə gələ bilir və bu toqquşma bir növ bulanıqlığa səbəb olur. Bu bulanıqlıq dejavuya yol açır. Bu səbəbdən hipokampusumuz “sən bunu daha əvvəl gördün” deyərkən neokorteksimiz “xeyr, görmədin” deyir. Və bu qarşıdurma Dejavunun bir çox adam tərəfindən qəribə və narahat edici bir hiss olaraq qəbul edilməsinə səbəb olur.

 

Dejavunun ayrıca yaşlanma və bəzi xəstəliklərlə da əlaqəli olduğu bilinir. Məsələn Alzheimer xəstəliyində dentat girus hüceyrələrində zərər və azalma meydana gəldiyindən, xəritəçəkmə əməliyyatında problem olur və hisslərdə daha çox parça toquşaraq, daha tez yaşanmışlıq duyğusu meydana gətirir. Qısası, yaddaşın yan təsiri olaraq da adlandıran dejavu haqqındakı araşdırmalarda son illərdə ediləm irəliləyişlər sayəsində, mövzuya elmi baxımdan yanaşma get-gedə əhəmiyyət və güvən qazanır. Bu yolda işıqlanan hər mexanizm eyni zamanda yaddaş və tanıma ilə əlaqədar xəstəliklərin müalicəsi üçün də yeni fikirlər yaranmasını təmin edir.

Mənbə:

http://www.matematiksel.org/dejavu-ben-ani-daha-once-yasamistim/

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma