Astronomiya · Elmi-fantastika · Fizika · maraqlı · Riyaziyyat

Ağ dəlik nədir?

Riyazi olaraq qara dəliklərin əksi olaraq tərif edilən ağ dəliklərə keçmədən əvvəl qara dəliklərin nə olduğunu anlayaq. Qara dəliklər maddə və enerjinin ifrat dərəcədə sıxlaşması nəticəsində, işıq belə daxil olmaqla heç bir maddənin hadisə üfüqü və ya hadisə horizonu (event horizon) sərhəddini keçəndən sonra ordan bir daha çıxa bilmədiyi bölgələrdir. Qara dəliklərdə işığın (yəni hər hansı cisim-ulduz,planet və ya başqa kosmik cisim) bu dəliklər tərəfindən udulduğu yerə hadisə üfüqü və ya horizonu (event horizon) deyilir. Bir qara dəliyi bütünlüklə anlamaq və tərif etmək üçün olduqca rəngarəng  riyazi bilgilərə sahib olmaq gərəkir. Yenə də onlar kaintada aşkar olunmuş həqiqi cisimlərdir. Eyenşteynin nisbilik nəzəriyyəsi əsasında varlıqları nəzəri olaraq təxmin edilmiş və ötən illərdə ghəqiqətən kəşf edilmişdirlər. Qara dəliklər Günəşdən çox böyük kütləli ulduzların supernova şəklində öldüyündə məydana gələrlər.

Bəs onda bu ağ dəlik nədir?

Ağ dəliklər astrofiziklər bir qara dəliyin çevrəsini riyazi olaraq incələrkən hadisə üfüqündə heç bir kütlə olmadığını fərz edəndə ortaya çıxar.                                                       Kütləsiz bir qara dəlik sinqulyarlığı olabilərmi?

sinq

Ağ dəliklər bütünlüklə nəzəri riyazi anlayışlardır. Dr. Brian Koberlein deyir: “Əlində beş ədəd kek varsa ve bunları paylamağa başlasan sonda qutarar hamısı. O andan sonra daha artıq verə bilməzsən. Belə bir halda sıfırdan sola doğru saya bilməzsən. Əlbəttə üzərində “sənə bir kek borcum var” yazılan kağızlar paylaya bilərsən. Amma mənfi ədədlərin varlığını deyərək “mənfi kek”lərin var olduğunu ve insanlara verə biləcəyini iddia etmək gülünc olar.” İndi böyük ehtimalla mövcud deyillər amma birdən ağ dəlikler mövcuddursa, qara dəliklərin tam əksi şəklində olacaqlar. Riyazi təxminlərə  görə içlərinə maddə çəkmək yerinə, özlərindən maddə xaric edirlər. Ağ dəlik riyaziyyatının tələb etdiyi bi digər şərt isə onların nəzəri varlıqalarını davam etdirməkləri üçün hadisə üfüqündə heç bir maddə zərrəciyinin olmamasıdır. Tək bir hidrogen atomu olsa belə hər şey çökər. Kainatın başlanğıcında ağ dəliklər olsaydılar da indiyə qədər çoxdan çökərdilər. Ağ dəliklərin sadəcə nəzəri olmadığını düşünən az saylı fizikin var olduğunu da söyləmək lazımdır. Fransadak Aix-Marseille Universitetindən Hal Haggard ve Carlo Rovelli, ilmək kvant qravitasiyası (loop quantum gravity) deyilən bir nəzəril fizik sahəsində araşdırma apararaq qara dəliklərin içində nələr olduğunu açıqlamağa çalışırlar. Bu nəzəriyyəyə görə bir qara dəlik sinqulyarlığı (yəni ağ dəlik)  fizikanın gözləntisinə görə kiçilə biləcəyi qədər kiçilib sonra da bir ağ dəlik olaraq tərsinə dönəcəkdir. Ancaq qara dəlik ətrafındakı çox güclü zaman ləngiməsi təsirinə bağlı olaraq bu hadisə ən az kütlələrin belə  çevrilmələri üçün milyardlarla il lazımdır. Əgər Büyük Partlayışın ardından ortaya çıxmış mikroskopik qara dəliklər varsa indiyə kimi parçalanıb ağ dəliklər olaraq patlamaları lazım idi. Stiven Hokinqə görə isə buxarlaşmaları lazım idi. Fiziklərin ortaya atdığı digər bir maraqlı fikir isə ağ dəliklərin Böyük Partlayış üçün bir açıqlama ola biləcəyi görüşüdür. Nə də olsa Böyük Partlayış da böyük miqdarda maddə və enerjinin birdən-birə ortaya çıxdığı  başqa bir haldır. Bütün ehtimallara rəğmən bu cisimlər hələ də aşkarlanmadığına görə sadəcə nəzəri olaraq qalmaqdadırlar.

Qaynaq:

Phys.org, “What are white holes?“

http://phys.org/news/2015-10-white-holes.html
https://bilimfili.com/beyaz-delik-nedir/

Bir şərh yazın