Astronomiya · Fizika · maraqlı · Uncategorized

Anti-maddə nədir?

Antimaddə sadə dildə desək normal maddənin əksidir. Daha da dəqiqləşdirsək, antimaddənin atom altı zərrəcikləri, normal maddəyə görə zidd xüsusiyyətlər daşımaqdadır. Bu atom altı zərrəciklərin elektrik yükləri normal maddənin atom altı zərrəciklərinin tam əksidir. Antimaddə Böyük Partlayışdan sonra normal maddəylə birlikdə meydana gəlmişdir; lakin səbəbinin nə olduğunu elm adamları tam bilməsələr də kainatda olduqca nadirdir. Antimaddənin nə olduğunu anlamaq üçün ilk olaraq normal maddəni yaxşı anlamaq lazımdır. Normal maddə kimyəvi elementlərin bütün xüsusiyyətlərini daşıyan ən kiçik quruluş parçacıqdan yəni, atomlardan ibarətdir. Hər element atomunun müəyyən sayda protonu vardır. Nümunə üçün, hidrogenin 1 protonu vardır, heliumun isə 2.  Atomlar olduqca kompleks bir quruluşa malikdir.  Atomların bilinən tərkibi  protonlar, neytronlar və elektronlardır.

Antizərrəciklər

Bunlara qarşı maddə ya da anti maddə deyirik. Məsələn mənfi (-) yüklü elektronun anti maddə qarşılığı, + yüklü pozitron; müsbət (+) yüklü protonun anti maddə qarşılığı, – yüklü anti proton vs. Maddəylə anti maddə, yəni bir zərrəciklə öz anti zərrəciyi toqquşduqda bir-birlərini yox edərək (annihilyasiya) enerji yaradırlar.
13,7 milyard il əvvəl kainatı ortaya çıxaran Böyük Partlayışda bərabər miqdarda ortaya çıxan maddə ilə anti maddə bir-birlərini yox edərkən bəzi kvant mexaniki xüsusiyyətlər səbəbiylə maddənin çox kiçik bir hissəsi yox olmaqdan xilas olmuş və kainatda görə bildiyimiz hər şey (ulduzlar, qalaktikalar, planetlər və üzərlərindəki canlılar) bu kiçik maddə çoxluğunun məhsuludur .(Multikainat nəzəriyyəsinə görə maddə və antimaddə bu şəkildə yox olmamış, müxtəlif kainatlara paylanmışdır.

Daha sadə dildə desək, atomun tam ürəyində, nüvə olaraq adlandırılan yerdə, müsbət yüklü protonlar və yüksüz neytronlar var. Mənfi yüklü  elektronlar isə bu nüvənin ətrafında orbitlərdə hərəkət edir.  Antimaddənin isə bu vəziyyət bir az daha fərqlidir. Elektrik yükləri normal maddənin tam əksidir. Antielektronlar (pozitronlar) eynilə elektronlar kimi davranırlar, lakin müsbət yüklüdür. Antiprotonlar da, artıq  təxmin edə biləcəyiniz kimi mənfi yüklü protonlardır. Antimaddenin zərrəcikləri (antizərrəciklər olaraq adlandırılırlar) CERN-dəki Böyük Adron Kollayderində əldə edilmiş və analiz edilmişdir. CERN-dəki işi başladan NASA-ya görə “antimaddə antiqravitasiya mənasını verməməkdədir. Hələ təcrübi olaraq sübuta yetirilməmiş olsa da tədqiqatçıların nəzəriyyəsinə görə antimaddə də normal maddə kimi cazibə qüvvəsinə malikdir. ”

Antimaddə Haradadır?

Antimadde zərrəcikləri ultra-yüksək sürətli kollayderlərdə (sürətləndirici) əldə edilmişdir. Böyük Partlayışdan dəqiqələr sonra yalnız enerji vardı. Kainatın soyuyub genişlənməsində isə maddə və antimaddə zərrəcikləri bərabər nisbətdə meydana gəlmişdir. Bəs niyə normal maddə antimaddədən daha çox yayılıb?  Bir nəzəriyyəyə görə kainatın başlanğıcında normal maddə, antimaddədən daha çox meydana gəlmişdir. Bu səbəbdən bərabərliyin yoxa çıxmasından sonra normal maddədən ulduzlar, qalaktikalar yaranmışkən, antimadde tükənmişdir. Əlavə olaraq, antimaddə və maddə qarşılıqlı təsirə girdiyində ortaya yüksək miqdarda enerji çıxdığı məlumdur. Bu qarşılıqlı təsirin irəlidə kosmik gəmilərin yanacaqlarında və silahlarda istifadə edilməsi nəzərdə tutulur.

Bizim kainatda və digərlərində maddə üstünlük təşkil edir. Digər kainatlarda da antimaddə üstünlük təşkil edir. Son kəşflər nəzəri fizikaçıları bu nəzəriyyə üzərində fokuslandırmışdır. Ortada olan əngəl digər kainatları müşahidə edə bilməmizdir. Amma elm nəhəng addımlarla irəliləyir, izləyək görək). Ancaq kainatdakı böyük strukturların (qalaktikalar və qalaktika çoxluqları) hərəkətləriylə və kainatın quruluşuyla əlaqədar olaraq edilən həssas müşahidələr Standart Modeldə sadalanan zərrəciklərin xaricində və müşahidə edilməmiş və xüsusiyyətləri bilinməyən bir sıra zərrəciklər olduğunu göstərir ki, bunlar “qaranlıq maddə” olaraq adlandırılır. Anti maddə ilə qaranlıq maddəni eyni şeymiş kimi düşünmək sıxlıqla yol verilən bir səhv olduğu üçün bu fərqi yaxşı anlamaq lazımdır. Xülasəylə, anti maddə maddə zərrəciklərinin tərs elektrik yükü daşıyan antiləri, “qaranlıq maddə” isə hələ varlıqları təcrübə ya da müşahidələrlə təyin oluna bilməmiş, ancaq cazibə təsiriylə varlıqlarını bilvasitə göstərən maddə olaraq təyin olunur. Anti maddə yuxarıda açıqlanan xüsusiyyəti (maddəylə anti maddənin toqquşması zamanl bir-birlərini yox etmələri) səbəbiylə görünən kainatda təbii sərbəst halda mövcud deyil (yenə də bəzi nəzəriyyəçilər kainatın bir bucağında varlığını qoruya bilmiş anti maddə topluluqları ola biləcəyini fərz edirlər). Amma yüksək enerjili toqquşma təcrübələrində ya da maddə zərrəciklərinin təbii parçalanma müddətində ortaya çıxıb saniyənin çox kiçik hissəərində var ola bilirlər. Alimlər  xüsusi təcrübə şərtlərində və milyardlarla dollar dəyərində zərrəcik detektorları və super keçirici maqnitlər istifadə edərək bunları yox olmadan xilas edərək xüsusi şəraitdə qoruya bilir və bunlarla yüksək enerjili toqquşma təcrübələri reallaşdırırlar.

  • Böyük Partlayış əsnasında bərabər miqdarda maddə / anti maddə meydana gəlmiş ancaq kainatda heç yoxdur. Bu balanssızlıq hələ də bir sirrdir.
  • Anti maddə haqqında ilk fikirlər 1928-də Fizikaçı Pol Dirak tərəfindən irəli sürüldü. 1932-də Carl Anderson pozitronları ( anti-elektron ) kəşf etdiyində bu fikirləri sübut etmiş oldu.
  • İlk anti-hidrogen atomları 1995-də CERN-də alındı.
  • Anti maddə istehsalı olduqca səmərəsiz bir əməliyyatdı. Verdiyindən cox daha çox enerji istehlak edir.Xərclədiyi enerjinin təxmini olaraq yalnız 0,0000000001-lik qisimi geri dönür.
  • Bu ana qədər CERN-də alınmış bütün anti maddə maddə ilə toqquşdurulsaydı, ortaya çıxacaq enerji yalnız bir lampanı bir neçə dəqiqə yandırmağa yetəcəkdi.
  • Bir milliqram anti maddə yaratmaq 100 milyard dollara tələb edir. Bir qram anti maddə ilə Xrosimoya atılan bombanın enerjisinin iki qatı əldə edilə bilir.
  • NASA su an  antimaddəsi ilə işləyən kosmos vasitələri inşa etmək üçün çalışır. Əgər müvəffəqiyyətli olsalar, bu kosmonovtların 180 gündə Marsa çatmasına imkan verəcək.

 

Ehtimal və Nobel mükafatı

Antimaddə fikri ilk olaraq 1928-ci ildə ingilis fizik Paul Dirak tərəfindən ortaya atılmışdır. New Scientist jurnalına görə Paul Dirak, Isaac Nyutondan bəri gəlmiş keçmiş ən böyük İngilis nəzəriyyəçisidir. Dirak Eynşteynin işığın kainatdakı ən sürətli hərəkət edən hissəcik olduğunu söyləyən xüsusi nisbilik nəzəriyyəsini və bir atomun içərisində nələr olduğunu izah edən kvant mexanikasını bir araya gətirmişdir. Dirak bu iki tənlikdən, müsbət və mənfi yüklü elektronları araşdıraraq bir tənlik yaratmışdır. Dirak bu tənliyi paylaşıb paylaşmamaq mövzusunda tərəddüd etdikdən sonra, nəhayət, tapıntılarına sahib çıxmış və kainatdakı hər bir zərrəciyin bir güzgü görüntüsü olduğu fikriylə ortaya çıxmışdır. Amerikan fizik Carl D. Anderson da pozitronları 1932-ci ildə təcrübi olaraq kəşf etmişdir. Dirak fizika sahəsində Nobel mükafatını 1933-cü ildə alarkən, Anderson bu mükafatı 1936-ci ildə almışdır.

Mənbə: http://www.livescience.com/32387-what-is-antimatter.html

https://bilimfili.com/antimadde-nedir/

https://yasilelm.com/nezeriyyeler/kvant/antimadd%C9%99.html

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma