Biologiya · maraqlı · Psixologiya · Tibb

Türkürpədici xəstəliklər – Şizofreniya

Bir çoxumuzu maraqlandıran bir xəstəlikdən danışaq bəlkə? Şizofreniya nədir, necə bir xəstəlikdir? Şizofren bir insanın nə kimi özəllikləri vardır? Sizə də maraqlıdırsa, onda başlayaq. 🙂

Şizofreniya sözü, yunanca diskret və ya bölünmüş mənasını verən “şizo” (schizein, Yunan: σχίζειν) və  ağıl mənasını verən “frenos” (phrēn, phren- Yunan: φρήν, φρεν-) sözlərinin birləşməsindən əmələ gəlib.

Şizofreniya  xəstəliklərinin ən əzablılarından biridir və bu xəstəliyə tutulmuş insanlar üçün çox çətindir. Depressiya kimi digər ruhi xəstəliklərin simptomlarının əksinə bu xəstəliyin simptomları elədir ki, çoxumuz şizofreniya xəstəsi olan birinin yaşadıqlarına bənzər şeyləri heç yaşamamışıq. Bundan əlavə yalnız müşahidə yolu ilə şizofreniya xəstəsi olan birisinin daxili dünyasını asanlıqla anlaya bilmərik.
Şizofreniya ömür boyu davam edən bir xəstəlikdir, doğru müalicəylə nəzarət altına alına bilər. Məşhur inancın əksinə şizofreniya  şəxsiyyətin bölünməsi sindiromu deyil. Şizofrenik adamın nəyin həqiqi, nəyin xəyali olduğunu anlaya bilmədiyi bir ruhi xəstəlikdir. Dünya onlara düşüncələr, görünüşlər və səslər qarışıqlığı kimi görünə bilir. Şizofrenlərin davranışları çox qəribə hətta şok edici ola bilər.

Şizofreniyanın bir neçə növü vardır:

Paranoid şizofreniya:
Paranoid şizofreniya xəstələri zülm çəkməkləri ya da bəziləri tərəfindən cezalandırıldıqları ilə əlaqədar səhv inanclara sahibdirlər. Lakin düşüncələri, danışmaqları, duyğuları olduqca normaldır.

Hebefrenik Şizofreniya:
Hebefrenik şizofreniya xəstələrinin zehni qarışıq olur və çox qarışıq da danışırlar. Kənardan baxanda davranışları duyğusuz və ya səthi və ya əlverişsiz, hətta axmaqca və uşaq kimi görünə bilər. Əksəriyyətinin duş almaq və ya yemək hazırlamaq kimi normal gündəlik işləri etmə bacarıqlarını pozan nizamsız davranışları vardır.

Katatonik Şizofreniya:
Katatonik şizofreniya xəstələri ümumiyyətlə hərəkətsizdir və ətraflarınlarındakı dünyaya qarşı reaksiya verməzlər. Ümumiyyətlə çox kobud və sərt olurlar, hərəkət etmək belə istəmirlər. Ara sıra üzlərini turşudar və qəribə hərəkətlər edərlər. Və ya başqasının söylədiyi bir sözü və ya cümləni təkrar edə bilərlər. Az qida qəbulu, yorğunluq və özlərini yaralama riskləri çox yüksəkdir.

Şizofreniyanın bir çox göstəriciləri vardır. Həqiqətə uymayan , həqiqət olsa belə adamın imtina etməyi bacarmadığı qəribə inanclardır. Məsələn adam başqalarının düşüncələrini eşidə bildiyini, özünün Tanrı və ya şeytan olduğunu və ya başqalarının başına düşüncələr yerləşdirdiyinə inana bilər.
Gerçəkdə olmayan şeyləri görmək, səslər eşitmək, qəribə qoxular duymaq, ağızda “qəribə” dad hissi və bədəninə toxunan olmasa da təmas hissi kimi gerçək şeyləri hiss edirlər.
Şizofreniya xəstələrində ən məşhur olan şey səslər eşitməkdir.

Gəlin indi isə Şizofreniya xəstəsi olan bir qadına ünvanlanan sualların qəribə cavablarına baxaq:

1.Gördüklərini mənə təsvir edə bilərsən? Davamlı olaraq eyni şəxsləri görürsən? Cinsiyyətləri, nədir? Səninlə necə ünsiyyətə keçirlər?

Səslər beynimin dərinlərindən gəlir, sanki eyni bədəndə yaşayan fərqli insanlar kimi hiss edirəm. Öz vücudumu, beynimin içində yaşayan bəziləri ilə paylaşır kimiyəm. Ağlıma bir şey gəldiyində onlar dərhal şərh edirlər. Lakin, qonaq olduqlarını bildiklərindən bu şərhləri mədəni və səssizcə edirlər.
Mənimlə birlikdə yaşayan 3 adam var. Bunlar “boşluq” “Kiçik” və “Şeytan”. Boşluq və Kiçik, iki qadın və yalnız səslərini eşidə bilirəm, onları görə bilmirəm. Şeytanı isə görə bilirəm, eyni zamanda səsi də var.
Mənimlə ən çox məşğul olan Şeytandır. Çox vaxt onu görməməzlikdən gəlirəm, lakin o həmin anlarda qışqırıqlar atmağa başlayır, özünü göstərməyə çalışır. Amma onu yalnız mən eşidə bilirəm. Yalnız qaldığımda onların varlığını qəbul edirəm və onlarla söhbət edirəm. Lakin insanların içindəykən onları görməməzlikdən gəlirəm.

2. Bu 3 varlığı ilk nə zaman görməyə ya da eşitməyə başladın?

Onlarla ilk dəfə 2 yaşımda olarkən tanış olmuşam.Anamla yaşadığım zamanlarda köhnə evimizdə, fərqli səslər duyduğumu xatırlayıram.
Kiçiyin səsi kiçik bir qız səsi idi, boşluq isə bir az daha böyük bir gənc qız səsi idi.
Bir də Şeytanı xatırlayıram. Qaranlıq və böyük bir görünüşü vardı.

3. Bu 3 varlıq bir anda yox olsa özünü necə hiss edərsən, kədərlənərsən?

Bunu mən də tez-tez düşünürəm əslində. Əgər onları itirsəm yəqinki darıxaram, hətta Şeytandan ötrü belə. Çünki kiçik yaşlarımdan bəri onlar həmişə mənimlə olublar. Bir çox şey paylaşmışam onlarla.
Bir səhər oyandığımda burnumu və qulaqlarımı itirmiş kimi hiss edərəm onlar olmasa, məndən bir parçanı götürüb aparmışlar kimi olar.
Bu arada Şeytan məndən nifrət edir, tək dediyi budu.

4. Şeytandan və qızlardan soruşmağını istərdim ki, tək bir dilək haqları olsa nə istəyərdilər?
Şeytan, cəhənnəmdə ölməyimi istəyir.  Kiçik özünə aid bir bədən istəyir.
Boşluq isə havalı bir avtomobil, bir milyon dollar pul və özünə aid bir bədən istəyir. Beləcə bir daha kimsəylə danışmaq məcburiyyətində qalmazmış.

5. Onlar səndən nəsə etməyini istəyirlər mi?

Şeytan məndən özümü öldürməyimi istəyir. Digər ikisi də bir şeylər söyləyir lakin əlbəttə dediklərini edib etməmək mənə qalıb.Bu mövzuda azad iradəmlə seçim edirəm.

6. Kiçik sən büyüdüyün üçün kədərlənir heç? Hər ikinizin də 5 yaşında olduğunuz dövrdə yoldaş olduğunuzu düşünürəm.

Hə o olduqca kədərlidi, çünki mən böyüyürəm, o isə heç böyümür. Mənimlə birlikdə böyüməyi dəlilər kimi istəyir amma böyüyə bilməyəcəyini də çox yaxşı bilir. Əvvəllər o mənim ən yaxşı dostum idi və ona hələ də çox dəyər verirəm. Mənim kiçik bacım kimi.

7. Şeytandan soruşarsan mı niyə sənin yanındadı? Sadistik duyğulardan həzz aldığı üçün mü yoxsa aranızda xüsusi bir bağ olduğuna görə sənin yanından ayrılmır?

Şeytan, mənimlə birlikdə doğulduğunu söyləyir. Ümidsiz bir həyat keçirəcəyimə əmin olmaq üçün yanıma gəlibmiş. Özümü öldürənə qədər də yanımdan ayrılmayacağını söyləyir , ki özümü öldürmək kimi bir şey, heç vaxt olmayacaq.

8. Bir az qəribə bir sual olacaq amma, okeanda üzdüyün zaman Şeytan səni təqib edir mi? Dərhal arxanda mı olur yoxsa səni sahildə filan mı gözləyir?

Bir “dəli” ilə danışırsansa, heç bir sual qəribə deyil əslində …
Üzməyi çox xoşlayıram. Və üzdüyüm zamanlarda da Şeytan məni sahildə gözləyir. Bunun sayəsində ondan bir az da olsa uzaqlaşa bilirəm, suyun altına gedirəm rahatlamaq üçün.

9. Bəlkə bir az şəxsi bir sual olacaq lakin soruşmaq istəyirəm. Seks etdiyin zamanlar necə olur, onları görməməzlikdən gələ bilirsən?

Kiçik bundan heç xoşlanmır. Gizlənir və ağlamağa başlayır lakin bilir ki bu mənim böyümə dövrümdə yaşanması lazım olan təbii bir şeydi və zamanla da qəbul edir bunu.
Boşluğ’un elə də vecinə deyil, əhəmiyyətsiz hesab edir.
Şeytan isə dayanmadan qışqırır və işlədiyim bu günaha görə cəhənnəmə gedəcəyimi söyləyir.
Mən isə hamısını eşitməzliyə vururam və görməməzlikdən gəlib, sevgilimə diqqətimi verirəm. Çünki o xüsusi anlar, mənə və ona aiddi. Onlara deyil.

10. Şeytana, qalib gəlməyin bir yolu var mı səncə? Özünü öldürməsi üçün onu razı salmağa çalışsan necə olar? Ayrıca ondan nifrət etdiyimi də çatdırsan sevinərəm.
Şeytan hər kəsin ondan nifrət etdiyini bilir, məqsədi də bizlərdə nifrət duyğusunu yaratmaqdı onsuz da.

Problemə gəlsək əgər, əslində dəfələrlə cəhd etmişəm buna amma mümkün olmadı. Hətta əlimə keçən tək şey onun mənə daha çox çığırması və bunu daha güclü hiss etməyim oldu. Onunla tək mübarizə edə biləcəyimizi düşünmürəm. Onsuz da onun söylədiklərinə baş qoşmamağı öyrəndiyimdən bəri, varlığı çox da problem olmur mənim üçün.

11. Gördüyün şeylərin həqiqi olmadığını və şizofren olduğunu nə zaman anladın? O an nə hiss etdin?

Mən xaric kimsənin xəyali yoldaşları olmadığını öyrəndiyimdə fərqli olduğumu anladım. O dövrdə uşaq bağçasına gedirdim. Hər kəs məndən qaçırdı.. Heç yoldaşım yox idi deyə bilərəm. Şeytan bu vəziyyətdən məmnun idi, xoşuna gəlirdi yalnızlığım.
Orta məktəbə keçdiyimdə isə məktəbə getmədim, təhsilimi evdə aldım. Daha sonra xəstəliyim və mənim kimi insanlar haqqında araşdırma etdim. Daha sonrasında müalicə almağa başladım lakin bir köməyi olduğunu deyə bilmərəm. Gedərək daha da yalnızlaşdım.
Bu an isə məni anlayan bir oğlan dostum var və həyat onunla daha gözəl bir hala gəldi 🙂

 

Şizofreniyanın yaranma səbəbləri bəs nələrdir?
1.Genetik səbəblər
Birinci dərəcəli qohumlar xəstə olarsa, tutulma ehtimalı 8-10 % olur. Valideynlərdən biri xəstə olarsa, 12.5 -13.8 % hər ikisi xəstə olarsa, 35 -46 % tutulma ehtimalı olur.
2. Biokimyəvi dəyişikliklər
Normadan artıq dopamin sintezi və neyrosinaptik maddələrə qarşı həssaslıq olan zaman insanda hallüsinasiyalar və sayıqlamalar başlayır. Yəni, bütün o şizofreniya detalları, sadəcə kimyəvi proseslərin pozulmasından əmələ gəlir.
3. Beyindəki anomaliyalar
Beyin ventrikullarında genişləmələr müşahidə olunur. Beyinə su yığılan ( hidrosefale ) insanlardakı anomaliyaya bənzərdir.
4. Xarici faktorlar
Ətrafdakı insanların psixologiyası , cəmiyyətin mentaliteti kimi psixi faktorlarla yanaşı infeksiya kimi klinik faktorları da xarici faktorlara aid etmək olar. Şizofreniyanın 5 yaşdan böyük hər kəsdə ola biləcəyini nəzərə alsaq, xarici faktorların ciddi rol oynadığını deyə bilərik.

Bəs kimlər Şizofren ola bilər?
Hər kəs şizofren ola bilər. Dünyadakı bütün mədəniyyətlərdə bu xəstəliyə rast gəlinir. Hər yaşdan insanda görülə bilər, ümumiyyətlə ilk olaraq 20 yaşlarında ortaya çıxar. Kişilərə və qadınlara bərabər dərəcədə təsir edər. Lakin qadınlara (20yaşla 30 yaş) nəzərən kişilərdə ümumiyyətlə daha erkən yaşlarda ortaya çıxar (buluq çağında və ya 20 yaşlarında). 5 yaş üstündəki uşaqlarda da görülə bilər, lakin buluq çağından əvvəl olan bu vəziyyət çox nadirdir.

Şizofreniya diaqnozu necə qoyulur?
Əgər şizofreniya əlamətləri varsa, həkim tibbi keçmişi araşdırıb xəstəni tam bir fiziki müayinədən keçirəcək. Xüsusilə şizofreniya diaqnozu üçün istifadə olunan bir laboratoriya testi yoxdur. Həkim başqa bir narahatlıq olub olmadığına nəzarət etmək üçün, rentgen və qan testləri edəcək. Bundan sonra həkim xəstəni bir psixoloq və ya psixiatra göndərir. Psixiatrlar xüsusi olaraq dizayn edilmiş testlərlə xəstəni psikotik xəstəlik baxımından qiymətləndirir. Terapevt xəstənin rəftar və davranışlarını müşahidə edərək simptomlara görə diaqnozunu qoyur. Bir adama şizofreniya diaqnozu qoyulması üçün simptomların ən az 6 ay ərzində görülmüş olması lazımdır.

Şizofreniya necə müalicə edilir?
Şizofreniya müalicəsinin hədəfi simptomları zəiflətmək və təkrarlama riskini azaltmaqdır.
Şizofreniya müalicəsində istifadə üsulları:
Dərman müalicəsi: Şizofreniya müalicəsində istifadə olunan dərmanlara antipsikotiklər deyilir. Bu dərmanlar Şizofreniyanı ortadan qaldırmaz, lakin düşünmə problemləri kimi simptomları yüngülləşdirməyə kömək edir. Köhnədən bəri istifadə edilən dərmanlar; Thorazine, Prolixin, Haldol, Navane, Stelazine, Trilafon və Mellaril, yeni dərmanlar isə; Abilify, Clozaril, Geodon, Invega, Risperdal, Saphris, seroquel və Zyprexa’dır. Xəstəxanaya yatma: Şizofreniya xəstələrinin çoxu ayaqda müalicə edilir. Bununla bərabər şiddətli simptomları olanlar və ya özlərinə ya da digərlərinə zərər vermə təhlükəsi olanların vəziyyətlərinin tarazlanması üçün xəstəxanaya yatırılmaları lazım ola bilər. Elektrokonvülsif Müalicə (EKT): Bu adamın başına səthi elektrodlar yerləşdirilərək bir dizi elektrik şokunu beynə göndərildiyi bir prosesdir. Şoklar beyində nörotransmitter salınmasına səbəb verir. Bu müalicə şəkli indiki vaxtda Şizofreniyada nadir olaraq istifadə edilir. Dərmanlar qeyri-kafi gəldiyində ya katatoni və ya depressiya xəstəliyin müalicəsini zorlaşdlrdığında, EKT faydalı ola bilər. Beyin cərrahiyyəsi:
Beyindəki müəyyən sinir əlaqələrinin kəsilərək ayrıldığı lobotomi əvvəllər şiddətli, xroniki şizofreniya xəstələrində istifadə edilirdi. İndiki vaxtda isə çox nadir hallarda istifadə olunur, çünki bu əməliyyat ciddi şəxsiyyət dəyişikliklərinə yol aça bilər və əsasən daha yaxşı nəticələr ümumiyyətlə daha az şiddətli və təhlükəli əməliyyatlardan əldə edilə bilər.
Bəs Şizofreniya xəstələri təhlükəli ola bilərmi?
Kitablar və filmlər əksəriyyətən şizofreniya xəstələrini təhlükəli və vəhşi göstərir. Halbuki bu hər zaman doğdu deyil. Əksəriyyətən ətraflarından uzaqlaşmağı və yalnız olmağı seçərlər, lakin xəstəliyin yanında maddə və ya spirt asılılığı olanlar təhlükə və şiddət ehtiva edən davranışlar tapıla bilər. Digər tərəfdən şizofreniya xəstələri özlərinə zərər verə bilər. Şizofreniya xəstələri arasında gənc yaşda ölümün birinci səbəbi intihardır. Doğru müalicəylə şizofreniya xəstələri psixiatriya xəstəxanaları yerinə, ailələriylə və ya cəmiyyət içində normal bir həyat yaşaya bilərlər.

Mənbə:

http://www.npistanbul.com/tr/sayfa/sizofrenihttp

rezonanss.com/sizofreniya/

https://tr.wikipedia.org/wiki/%C5%9Eizofreni

https://onedio.com/haber/sizofreni-hastasi-bir-kadinin-kendisine-sorulan-sorulara-verdigi-15-urkutucu-cevap-712168

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma