maraqlı · Tarix

Çinin gizli saxladığı sirli tarixi Türk piramidaları

Çinin Xian şəhərinin (Şərq Türkistan Sərhədi) təxminən 100 kilometr uzaqlığında olan və bu gün qadağan olunmuş bölgə olaraq elan edilən bu ərazi dünya tarixinin ən əhəmiyyətli sirrlərindən birini qoruyub saxlamaqdadır.

Türk piramidaları.

Ön Türklərə aid olduğu düşünülən nəhəng piramidaların saxladığı sirr, Çin hökümətinin qadağan etməsi səbəbiylə bu gün dəbu abidələr araşdırılmamışdır. Əslində bu piramidaların kurqan adı verilən Türk sığınacaqları olduğu şəklində ümumi bir fikir var. Kurqan qorunan yer mənasını verməkdə olub məzar  tikililəridir başqa sözlə buna sərdabə deyə bilərik. Quruluş etibarilə piramida olaraq qəbul edilməkdədir. Bu piramidaların arasında ən məşhuru Ağ Piramida adı verilən piramidadır.

Ağ piramida yüksəkliyi 300 metr olan dünya üzərindəki ən yüksək və ən böyük piramidadır. İlk dəfə izlərinə İkinci Dünya müharibəsində bir təyyarə pilotu tərəfindən görünüb rast gəlindiyi iddia edilsə də piramidaları əslində kimin kəşf etdiyini dair dəqiq bir məlumat yoxdur. Piramidaların varlığın haqqında gəzən söz-söhbətlərin duyulmasından və dünyaca məşhur jurnal və xəbər proqramlarında onların varlığı haqqında məlumatın yayılmasının ardından Alman araşdırmaçı Hartwig Hausdorf’un bölgəyə gedib çox sayda material toplaması ilə bu piramidalar haqqında qəti məlumat əldə edilə bilmişdir. Bu gün Çindəki Araşdırmaların nəticəsində Türk piramidalarına aid bilinən çoxlu fotoşəkil edilə bilmişdir. (Ağ Piramidalar)

 

Çinin qəsdli şəkildə bölgəyə girişi və tədqiqatları qadağan etməsi səbəbiylə piramidaların sirri hələ açıqlanmamışdır. Çinin bu siyasi mövqeyi keçmişdə yaşanan mədəniyyət inqilabını və tarixi izləri yox etmək məqsədilə ərazini təqiqatçıların üzünə bağlıyaraq bəlkə də tarixin ən əhəmiyyətli sirrlərini özündə saxlamaqdadır. Onsuz da Çin qəsdli olaraq Türk tarixinə aid izləri silməyi yürütdükləri siyasi taktikalarla icra edə bilmişdir. Bu gün də Çin xalqı Böyük Çin Səddinin Türklərdən qorunmaq üçün deyil heyvanlardan qorunmaq üçün inşa edildiyinə inanır. Çinlilər öz şərəflərinə ləkə saldığını düşündükləri üçün Türklərin illərcə onlardan üstün olmasını qəbul edə bilməmiş, bu gün də eyni şəkildə tarixin saxtalaşdırılması və silinməsi siyasətini həyata keçirir. Hətta yaxın zamanda Cənubi Koreyada göstərilən “Türk” adlı serial səbəbiylə Çin  Cənubi Koreyaya nota vermişdir.

 

 

 

Piramidalara girməyi bacara bilən Türk araşdırmaçı Oktan Keleş’ə görə bu piramidalar Türk tarixi baxımından çox böyük əhəmiyyət kəsb etməkdə olub, bütün dünya tarixini yeniləyə biləcək dərəcədə əhəmiyyətli olduğunu söyləmişdir.

Türk piramidalarını bu qədər əhəmiyyətli edən başqa bir şey içərisində olan mumiyalardır. Mumiyalanmış cəsədlər, təəssüf ki, yerli xalqın təxribatı nəticəsində deformasiya uğramışlar.

Türk piramidalarının içərisinə girməyə bacara bilən Oktan Keleş öz ifadəsində Ağ Piramidanın içərisində nəhəng bir Oğuz Kağan heykəlinin olduğunu və mumiyaların ətrafında Canavar və Ay ulduz simgələrinin gözə çarpdığını söyləmişdir. Ayrıca piramidaların içərisində kitabələr, divarda yazılar və şəkillər var hansı ki, incələnməyi gözləyən digər tarixi əsərlərdəndir.

Çində olan Türk piramidaları Misir piramidalarından daha əvvəl inşa edilmişdir və içərisində olan 5000 illik Lolan gözəli adlı Mumya fərqli mumyalanma texnikası və üzərindəki əməliyyat izləri ilə diqqətləri öz üzərinə çəkməkdədir. Çinlilər Mumiya və piramidaların olduğu bölgəyə girişi tamamilə qadağan edərək, onların üzərilərini torpaq ilə örtmüşlər, təəssüf ki, bu gün hələ də Türk piramidaları üzəri əkinçilik üçün istifadə edilməkdədir.

 

Türk Piramidalarının sirri nədir?

Ön Türklərin və dünyanın digər  qədim xalqlarının, fərqli – fərqli yerlərdə bir-biriylə ünsiyyətdə olmadıqları halda niyə o dövrdə piramida formasında tkililər inşa etdikləri və bənzər mumiyalama texnikalarının istifadə etdikləri ilk ağla gələn suallardan biridir. Bir çox araşdırmaçı yazar bu piramidaların Mu qitəsi nəzəriyyəsinə söykəndiyini və Mu qitəsindən ayrılan ən böyük qol olan Böyük Uyğur imperiyasının bu piramidaları bəzi məlumatların gələcək nəsillərə ötürülməsi üçün inşa etdiyini söyləyir.

Təxminən 5000 il yaşı olan və Ön Türklər tərəfindən inşa edilən Türk piramidalarının Türklərin ilk qitəsinin Mu olduğunu və dünya tarixinin Türklərdən başladığına dair əhəmiyyətli sirləri saxladığı və bu səbəbdən xüsusilə Çin tərəfindən Türk piramidalarının olduğu bölgənin qadağan bölgə elan edildiyi iddialar arasındadır.

 

Piramidaların yerləri:

Mənbə:

http://www.tarihkomplo.com/2017/05/turk-piramitleri.html

https://tr.wikipedia.org/wiki/%C3%87in_piramitleri

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma