Astronomiya · Elmi-fantastika · Fizika · maraqlı

Soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsü

Soxulcan dəliyi kainat boyunca çox uzun səfərlər üçün qısa yolları yaradan fəza-zaman içərisindəki nəzəri keçidlər kimi bilinən və Ümumi Nisbilik nəzəriyyəsi ilə təyin edilmişdir. Ancaq diqqətli olmaq lazımdır, çünki soxulcan dəlikləri; ani çöküş, yüksək radiasiyası və ekzotik maddə ilə təhlükəli qarşılaşmaları da özü ilə gətirir.

Soxulcan dəliyi nəzəriyyəsi 1935-ci ildə fiziklər Albert Einstein və Nathan Rosen, Ümumi Nisbilik Nəzəriyyəsindən istifadə edərək fəza-zaman içərisində körpülərin var olması fikrini irəli sürdülər. Fəza-zamanda iki fərqli nöqtəni bir-birinə bağlayan və nəzəri olaraq qısa keçidlər meydana gətirərək məsafəni və səyahət müddətini azalda bilən bu qısa yollar Einstein-Rosen  körpüsü və ya  soxulcan dəlikləri adlanır. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi  deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər.

Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur.

Soxulcan dəliyinin mərkəzi (ortası) dayanacaq nöqtəsidir, yəni oraya keçərkən spagettiləşmə deyilən bir hadisədən sonra ilişərsəniz və ulduzların bir ömrü bitirməsini 10 saniyə içində görə bilərsiniz. Oradan çıxmaq üçün işıqdan sürətli olmalısınız. Çıxa bilməsəniz qara dəlik yox olarkən enerji və ya qaz kütləsinə çevrilərsiniz.

Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi riyazi olaraq soxulcan dəliklərinin var olduğunu təxmin edir, lakin bu günə qədər heç bir soxulcan dəliyi kəşf edilməmişdir. Mənfi kütləli bir soxulcan dəliyi ətrafından keçən işığa cazibəsi ilə təsir etdiyinə görə təyin oluna bilər.  Nəzəri Problemlər… Nəzəriyyəyə görə Soxulcan dəliyinin hər iki ağzı Qara Dəliyə çıxar. Bəzilərinə görə isə ağızlardan biri Qara Dəlik , digəri Ağ Dəliyə çıxar. Lakin Ağ Dəliklərdə sübut edilməmiş və nəzəri baxımdan var olan fenomendir. Bir ulduzun ölümü nəticəsində yaranan Qara Dəlik tək başına soxulcan dəliyi əmələ gətirə bilməz. Soxulcan dəliklərində səyahəti elmi-fantastik kitablarda, filmlərdə vəya seriallarda bəzən çox bəsit verirlər, bir çoxunuza elə gəlir ki, elə bir ağzından girdin o biri tərəfindən rahat çıxacağıq. Lakin reallıq bundan çox uzaqdır və bu prosess olduqca mürəkkəbdir . Şübhəsiz ki, səyahət zamanı başımıza bir sıra hadisələr gələ bilər və səyahət zamanı problemlər yaşaya bilərik.  İlk problem ölçü problemidir, belə ki, ilk soxulcan dəliklərinin mikroskopik səviyyədə təxminən  10 ^ -33 santimetr ölçüsündə olduğu qəbul edilir. Lakin kainat genişləndikcə bəzilərinin da çox daha böyük ölçülərə genişlənmiş olması olduqca mümkün  görünür. Bir başqa problem isə onun stabilliyi məsələsindən qaynaqlanır. Təxmin edilən Einstein-Rosen körpüləri səyahət üçün yararsız da ola bilər, çünki bu dəliklər çox sürətli bir şəkildə çökə bilərlə yəni, ağızlar(giriş,çıxış) bağlana bilər. Lakin müasir araşdırmalar bir soxulcan dəliyinin –çökmədən- açıq halda qalmasını təmin edən “ekzotik” maddəndən asılıdır. Məlum olmuşdur ki, “ekzotik” maddə ilə yaranmış soxulcan dəlikləri daha dayanıqlı ola bilər. Burada haqqında bəhs olunan “ekzotik maddə” anlayışı qaranlıq maddə ya da anti-maddə ilə qarışdırılmamalıdır. Eqzotik maddə böyük miqdarda mənfi sıxlıq və mənfi təzyiq quruluşuna malikdir. Bu maddə Kvant Sahəsi nəzəriyyəsi ilə açıqlanan vakum sahələrinin bir zərrəsidir. Əgər bir soxulcan dəliyi kifayət qədər ekzotik maddədən meydana gəlsə, təbii şəkildə meydana gəlmiş ya da süni şəkildə əlavə olunmuş olsa da nəzəri olaraq kosmik səyahət edilməsində ya da məlumat göndərilməsində bir metod kimi istifadə edilə bilər. Soxulcan dəlikləri yalnız kainatdakı iki ayrı bölgəni bir-birinə bağlamaya da bilər, eyni zamanda da iki fərqli kainatı də bir-birinə bağlıya bilər. Alimlər düşünürlər ki, əgər soxulcan dəliyinin bir ağzının yerini dəyişə bilsək onda zamanda səyahət etmək mümkün olar. Lakin ingilis kosmoloq Stephen Hawking bunun mümkün olmadığını düşünür. NASA-dan Eric Christian belə deyir: “Soxulcan dəliyi zamanda keçmişə getmək üçün deyil, bu yalnız çox uzağı  yaxına gətirən bir qısa yoldur.” Digər tərəfdən, bir soxulcan dəliyinə ekzotik maddə əlavə olunması onu içərisindən insanların etibarlı bir şəkildə keçid edə bilməsinə mümkün edəcək qədər sabit edə bilər və “adi” maddə əlavə olunmasıyla onu ağzı destabilize (qeyri-sabit hal) edilə bilər. Günümüzün texnologiyası bir soxulcan dəliyi yaratmaq və stabil saxlamaq gücündə deyil. Ancaq elm adamları araşdırmalara davam edir və bir gün texnologiyanın belə bir səviyyə  çatacağına  ümid edirlər.

Qaynaqlar:

Stanford University, “Einstein s Spacetime,” https://einstein.stanford.edu/SPACETIME/spacetime2.html  NASA s Cosmicopia,

https://bilimfili.com/solucan-deligi-nedir/  “Space Physics: Wormholes, Time Travel, and Faster-Than-Speed-of- Light Theories,

http://helios.gsfc.nasa.gov/qaspsl.html

Space.com,” What is a Wormhole?  http://www.space.com/20881-wormholes.html?cmpid = 514630_20151126_55081736 & adbid = 10153173567881466 & adbpl = fb & adbpr = 17610706465

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma