maraqlı · Tibb

Siqaret çəkməyin vücuda zərəri DNT-yə qədər uzanır

 

Nobel mükafatı laureat professor Əziz Sancarın rəhbərliyi altında UNC School of Medicine`in alimləri tərəfindən hazırlanmış yeni texnika, kanserogenezin başlıca səbəbi olan genomik DNT zədələrindən bəhs edir. Alimlər onilliklər ərzində siqaretin DNT-yə zərər verdiyini və bu zərərin ağciyər xərçənginə səbəb olduğunu bilirdilər. İndi UNC Tibb Fakültəsində elm adamları, DNT zədələnməsini yüksek dəqiqliklə və verimli şəkildə incələmək üçün bir üsul inkişaf etdirmişlər.

Bu yenilik professor Əziz Sancarın labaratoriyasının məhsuludur. Proceedings of the National Academy of Sciences’da yayımlanan məqalədə Əziz Sancar və onun həmkarları tez-tez DNT-nin zədələnməsinin ardından bərpadan keçən genomun xəritəsini çıxaramqa üçün çox faydalı bir üsul hazırladılar. Daha sonra təqiqatçılar bu üsulu istifadə edərək  əsas kimyəvi konserogen olan benzo[α]pyrene  səbəbindən zədələnmiş bölgələri təyin etdilər.

UNC Lineberger Comprehensive Cancer Center’ın də üzvü olan Əziz Sancara görə, bu kanserogen maddə Amerikada xərçəng xəstəliyi səbəbi ilə baş verən ölüm hadisələrinin təxminən 30% -dən çoxuna səbəb olmuşdur. Bu və belə bənzər araşdırmalarda əldə edilən genom xəritələri alimlərin siqaret nəticəsində yaranan xərçəng xəstəliyinin kökünü və nə üçün bəzi insanlar xərçəngə daha dözümlü  bəzləri isə daha həssas olmalarını müəyyən etməkdə önəmli  rola sahibdir. Əziz Sancara görə siqaret çəkmənin zərərləri ilə əlaqədar bu işdə  hüceyrə səviyyəsində qəti və spesifik dəlillər təqdim etmək siqaretdən istifadə edən insanları bu vərdişlərini buraxmaları üçün təşviq edici ola bilər. Hal-hazırda dünyada milyonlarla insan siqaret istifadə edir.
Kimyəvi Kanserogen Benzo[α]pyrene (BaP)

Benzo[α] pyrene (BAP), sadə, dayanıqlı, karbonla zəngin karbohidrogenlər olan və kosmos boşluğunda belə meydana gələ bilən çox halqalı aromatik karbohidrogenlərin ailəsinin bir üzvüdür. Elm adamları bu karbohidrogenlərin sadə karbon əsaslı həyatın Yerdə ya da digər planetlərdə ortaya çıxmasında rolu ola biləcəyini düşünürlər. Lakin insan kimi daha kompleks DNT əsaslı həyat formaları üçün BaP olduqca ciddi ekoloji ziyanlara yol açma potensialına sahibdir. BaP tütün bitkisidəki təbii birləşmələrin yanmasının bir yan məhsuludur. Meşə yanğınları, dizel mühərriklərin yanması  kimi yanma reaksiyalarının gündəlik həyatda qarşımıza çıxan formalarında, BaP havaya, torpağa və qidalarımıza qarışır.
Bir toksik hidrokarbonatın insan vücuduna hava ilə və ya qidalanma yolu ilə daxil olduğu zaman, qandakı fermentlər onu kiçik ve güvənli molekullara parçalayır. Eyni şey BaP üçün də dəyişməzdir. Lakin BaP üzərinə tətbiq olunan bu qoruma reaksiyası, Benzo [α] pyrene diol epoxide (BPDE) əmələ gəlməsinə səbəb olur. BPDE isə BaP-in özündən daha təhlükəli bir kimyəvi maddədir. BPDE kimyəvi maddə olaraq DNT ilə reaksiyaya girib “guanine nucleobase” ilə olduqca güclü bir əlaqə meydana gətirir. Bu qarşılıqlı təsir, genlərin uyğun zülalları artıq istehsal edə bilməməsi və DNT-nin hüceyrələrə bölünməsi zamanı düzgün bir şəkildə kopyalanamaması mənasını verir. Yəni bu qarşılıqlı təsirin reallaşmasının nəticəsi xəstəlik olur. Əgər BPDE qarşılıqlı təsiri bir zəif gendə meydana gələrsə və vaxtında müalicə olunmazsa, bu vəziyyət qalıcı mutasiyaya yol açıb xərçəngli hüceyrənin ortaya çıxmasını təmin edir. Ayrıca ağciyər xərçənginin də  ən əsas səbəbinin BaP olduğu düşünülür.

Əziz Sancarın BaP-in səbəb olduğu DNT zədəsinin xəritələnməsi üzərində inkişaf etdirdiyi yeni üsul sayəsində, elm adamları artıq hüceyrələrin zədələnmiş bölgələrini müəyyən edə bilirlər.

Bu proses DNT manipulyasiya edən nükleotid eksizyonu bərpası olaraq bilinən xüsusi proteinlərin alınmasını nəzərdə tutur. Bu zülallar zədələnmiş DNT zəncirini çıxarır. Hər şey yaxşılaşsa, DNT sintezi ilə məşğul olan fermentlər DNT-nin bu itkin hissəsini təsirsiz zəncirdən çıxarır. Yer üzərində meydana çıxan bütün hüceyrə əsaslı həyatın cüt zəncirli DNT olması bu bərpanın mümkün olmasını təmin edir. Bu dövrdə, DNT-nin kəsilmiş və tükənən hissəsini məhv edən molekulların bu bölməni parçalamasına qədər sərbəst dolaşır. Bu zədələnmiş DNT parçaları sərbəst dolaşan zaman genomdakı zərərin təsvir edilməsini istəyən elm adamları üçün qızıl dəyərindədir. İnkişaf etmiş yeni metodda, elm adamları bu parçaları öz genom xəritələrinə çıxarmaq üçün qeyd edir, toplayır, yenidən təşkil edir və sonra uyğunlaşdırırlar. Nəhayət, elm adamları zədələnmiş DNT bərpasının başlanğıc hissələrinin tam xəritəsin əldə edirlər.

Davam edən təqiqatlar

2015 və 2016-cı illərdə nəşr olunan araşdırmalarda, Sancar’ın və həmkarlarının texnikalarının ilk versiyasını iki növ DNT-iştirak zədə tipini xəritələnməsi üçün istifadə edirdilər. Bu xəritələmə işləri bu sahədə əlavə bir  addım atmağı tələb edirdi. Bu addımda, sıralama öncəsi kəsilmiş parçada olan zərərin təmizlənməsi lazım idi. Sıralama prosesində lazım olan DNT-oxuma fermenti əksinə maneə ola bilərdi. Lakin bu yeni üsulda “translesional” fermentlər istifadə olunur və bu fermentlər BPDE iştirakı olsa belə DNT zənicirinin oxunmasına imkan verir.  Sancarın sözlərinə görə, bu yeni metod nükleotid eksizyonu da daxil olmaqla hər cür DNT zədəsinə tətbiq edilə bilər. Sancar, Li və həmkarları indi digər toksinlərlə əlaqəli DNT zədəsinin bərpası üçün hazırladıqları yeni metodu istifadə edirlər. Növbəti proyektdə  qoz-fındıqlar və taxıl üzərində tapılan və kif əmələ gətirən molekullar ailəsi olan aflatoksinlər diqqət mərkəzində olacaq. Bu toksinlər DNT-yə zərər verir və inkişaf etməkdə olan ölkələrdə qaraciyər xərçənginə səbəb olan əsas səbəblərdən biridir.

“ Bütün bu məlumatlar nə üçün bəzi insanların xərçəng xəstəliyinə tutulma hallarının daha çoxaldığını və siqaret ilə hansı mutasiyaların ağciyər xərçənginə xüsusilə yol açadığını daha yaxşı anlaşılmasını təmin edəcək” – Aziz Sancar

Mənbə:

Human genome-wide repair map of DNA damage caused by the cigarette smoke carcinogen benzo[a]pyrene Doi: 10.1073/pnas.1706021114 Kaynak: Where Cigarette Smoking’s Damage is Done . . . Down to Your DNA, UNC Health Care, Retrieved from http://news.unchealthcare.org/news/2017/june/where-cigarette-smoking2019s-damage-is-done-down-to-your-dna
https://bilimfili.com/sigara-icmenin-vucuda-zarari-dna-ya-kadar-uzaniyor/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma