maraqlı · Tibb

Ağcaqanadların hədəfində olma səbəbəri: vücud qoxumuzu müəyyən edən genlər

Belə bir hadisə böyük ehtimal qarşınıza çıxıb. İsti bir yay gecəsi, hər hansı bir ailə üzvünüz ilə eyni otaqda yatırsınız və səhər bədəninizin müxtəlif yerlərində narahat edici qaşıntılar və qızartılar ilə oyanırsınız. Ağcaqanad dişləməsi … Ancaq eyni otağı paylaşdığınız adamda sizə nəzərən daha az və ya heç qaşıntı və qızartı olmadığını görürsünüz. Ağcaqanad bütün gecə ərzində otaqda yalnız sizi hədəf almış kimi görünür. Bu yaxınlarda edilən bir elmi axtarış ağcaqanadların bu  rəftarlarında genlərimizin təsirli ola biləcəyini ortaya qoydu.

22 Apreldə PLoS Onada yayımlanan araşdırmaya görə ağcaqanadlar tərəfindən dişlənməmizin təməlində bədən qoxumuza nəzarət edən genlərimiz var.

Araşdırmaçılar ağcaqanadlar üçün necə çəkici olunduğunu görmək üçün tək yumurta və cüt yumurta əkizləri  üzərində testlər etdilər. Araşdırma nəticəsində tək yumurta əkizlərindı ağcaqanadlar çəkici gəlmə səviyyəsinin bir-birinə daha yaxın olduğu görüldü. Bu vəziyyət də ortaq genetik faktorların ağcaqanadlar üçün çəkicilik (cazibədarlıq) səviyyəsində bir rola sahib olduğunu göstərir. Mütəxəssislər artıq bu maraqlı nəticələrin daha geniş bir miqyasda ölçülməsi lazım olduğunu söyləyirlər.

Araşdırmaçılar uzun zamandır ağcaqanadların nə səbəbə müəyyən insanları digər insanlardan daha çox dişlədiyini anlamağa çalışırdılar. Aparılan təqiqatlar nəticəsində ağcaqanadların, qurbanlarının bədən qoxusundan təsirlənə biləcəklərini ortaya qoydu. Və bir detal olaraq bəzi qohumluq əlaqəsinə sahib olanların dişlənilmələri daha çox olabiləcək qənaətinə gəlmişlər. İngiltərə və Amerikadan olan araşdırmaçılar bu fenomenin arxasında genlərin olub olmadığını tapmaq istədilər. Hipotezlerini test etmək üçün araşdırmaçılar 19 cüt yumurta əkizi və 18 tək yumurta əkizi üzərində araşdırma apardılar.

Bir  təcrübədə əkizlərdən hər birinin bir əlini “Y şəklindəki külək tunelinin” uclarına yerləşdirirlər və arxadan verilən hava ilə bədən qoxularının uzaqlaşmasına imkan verən bir sistem inşa edilir. Daha sonra bir ağcaqanad dəstəsi Y şəklindəki borunun alt qisimindən göndərildi və ağcaqanadların əllərə doğru hərəkətləri ya da uzaq durmaları müşahidə olunur. Araşdırmada daha çox ortaq genetik materiala sahib olan tək yumurta əkizlərində ağcaqanad yayılmasının hər iki tərəfdə də nizamlı olduğu görüldü. Bu demək olur ki, ağcaqanadlar bir əldən gələn qoxuya digərinə nisbətən daha çox üstünlük vermədilər.

Eyni şəkildədaha az ortaq gene sahib olan cüt yumurta əkizlərində isə nəticələrin daha dəyişgən olduğu müşahidə edildi. Araşdırmaçılar etdikləri təcrübə nəticəsində ağcaqanadların seçimlərini irsi olan bədən qoxusundan təsirlənərək etdikərini irəli sürürlər. Bir sonrakı addım isə bu vəziyyətdən hansı spesifik genin məsul ola biləcəyini ortaya çıxarmaq idi. Bu işlər isə hələ davam edir.

Liverpool School of Tropical Medicinedə müəllim olan Dr. David Weetman araşdırma üçün bunları söylədi: “Bu tapıntı həqiqətən çox maraqlı və orijinal bir nəticədir. Ancaq ağcaqanadlar yalnız qoxudan təsirməzlər, eyni zamanda məsələn karbondioksid kimi faktorlar əsas səbəblərdən biri ola bilər. Tapıntıların nə dərəcə etibarlı olduğunu anlaya bilməmiz üçün digər faktorların də əhəmiyyətli rola sahib ola biləcəyi ətraf mühitdə (laboratoriya xaricində) ediləcək daha geniş miqyaslı araşdırmalara da ehtiyacımız var. London School of Hygiene və Tropical Medicine-məqalələrinin müəlliflərindən Dr. James Logan isə: “Əgər fərdlər arasındakı müxtəlifliyin genetik əsaslarını anlaya bilsək, ağcaqanadlara nəzarət edə biləcək üsullar  inkişaf etdirə bilərik” deyir.

Mənbə: Rob Stein, “Why Do Mosquitoes Like To Bite You Best? It’s In Your Genes”,

http://www.npr.org/sections/health-shots/2015/04/22/401469931/why-do-mosquitoes-like-to-bite-you-best-its-in-your-genes

https://bilimfili.com/sivrisineklerin-hedefinde-olmanin-sebebi-vucut-kokumuzu-belirleyen-genler/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma