Biologiya

Osminoqların beyinlərindəki genləri dəyişdirə bildikləri kəşf edildi!

Osminoq, kalmar və mürəkkəb balıqlarını elm adamları öz aralarında zarafatla “yadplanetli” adlandırırlar. İndi bu ləqəbi təxminən doğrulayan bir özəllikləri kəşf edildi: öz genetik kodlarını formalaşdırıb dəyişdirə bilmə bacarığı!

Dünyaca məşhur elmi jurnallarından olan “Cell”-də dərc olunan məqaləyə görə, digər heyvanlarla müqayisədə başayaqlılar, yəni osminoq, kalmar və mürəkkəb balığı ailəsi DNT-lərindəki qaydalara dəqiqliklə riayət etmək məcburiyyətində deyillər, çünki dəyişdirə bilirlər. Bu prosesə RNT tənzimləməsi (RNA editing) deyilir. Başayaqlılarda, xüsüsilə də, sinir sistemlərində çox yüksək səviyyədə RNT tənzimləməsi mexanizmi fəaliyyət göstərdiyinin fərqinə varan tədqiqatçılar bu barədə araşıdıraraq osminoq, kalmar və mürəkkəb balığında müxtəlif vəziyyətlərə asanlıqla uyğunlaşa bilmək qabiliyyətini, davranış və zəkalarını tədqiq etməyə çalışmışlar. Başayaqlılar lazımi vəziyyətlərdə genetik kodlarına müdaxilə edərək müxtəlif cür proteinlərin ortaya çıxmasını təmin edə bilirlər.

Elm adamlarına görə, bu sistem başayaqlılarda görülən yüksək zəka ilə kompleks davranış formalarını açıqlayan və DNT mutasiyası yerinə RNT tənzimləməsi üzərindən işləyən xüsusi bir təkamül mexanizminə işarə edir. Tapıntılara görə, osminoq lazımi gördükləri genetik tənzimləməni “daşıyıcı molekul” adı verilən və hüceyrədən aldığı genetik məlumatı zülala çevirmək üzrə hüceyrə içərisində olan kodu daşıyan molekul üzərindən edir.

RNT molekulu, DNT molekulu ilə “qohumdur” və hüceyrə içində genlərdən zülal istehsal mərkəzlərinə gedən yolda genetik kodları daşıyan molekul olaraq fəaliyyət göstərir.

Elm insanları başayaqlıların beyinlərindəki RNT molekullarının 60%-dakı genetik kodlarda yenidən tənzimləmələr etdiklərini təsbit etmişlər. İnsanlardan həşəratlara qədər digər bütün heyvanlarda bu nisbət təxminən 1% görülür. Zülalların yenidən təşkil edilməsi xüsusiyyəti başayaqlılarda qeyri-adi dərəcədə yüksəkdir. Belə ki, onlar bu proteinlərlə beyin hüceyrələrinin quruluşunu belə dəyişə bilirlər.

Başayaqlıların “yadplanetli” olduqları deyiminin dillərdə dolaşdığından bəhs etdik. Bunun, əlbəttə ki, elm dünyasında bir zarafat olduğu və kalmar və ya mürəkkəb balığında hamımıza məlum olan DNT-lərin mövcud olduğu bir reallıqdır. Ancaq fərqləri də olduqca gözə çarpan bu dəniz canlılarının belə xarakterizə edilməsinin də haqlı səbəbləri var. Məsələn, müəyyən müddətlik rənglərini dəyişdirmələri buqələmunların dəyişimindən daha kompleks bir davranış formasıdır. Qanlarının mavi olması və polyarlaşmış işıqda görə bilmə bacarıqları da bu xüsusiyyətlərindəndir. Üstünə indi öz genetik kodlarını RNT səviyyəsində yüksək nisbətdə dəyişdirdikləri də əlavə olunanda daha çox “yadplanetli” adı ilə xatırlanmaları təbii hal kimi görünür.

Əslinə qalsa, hər birimiz “yadplanetli”yik. Bioloji olaraq çox dərin fərqlərimiz yoxdur. Belə ki, sadəcə istifadə yollarımız və istiqamətlərimiz fərqlidir. Osminoqlar kimi beyin hüceyrələrimizi yüksək dərəcədə formalaşdıra biləcək genetika texnologiyasının inkişaf etdiyi günlər gəlsə, bəlkə də, bir çox şeyin öhdəsindən gələ bilərik. Bir sözlə, hələ təbiətdən öyrənəcəyimiz çox şey var.

Mənbələr:

http://www.cell.com/cell/fulltext/S0092-8674(17)30344-6

https://www.newscientist.com/article/2127103-squid-and-octopus-can-edit-and-direct-their-own-brain-genes/?utm_source=NSNS&utm_medium=ILC&utm_campaign=webpush&cmpid=ILC%257CNSNS%257C2016-GLOBAL-webpush-squid

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma