Fizika

Hiqqs bozonu

Niyə bəzi zərrəciklər bir kütləyə, bəziləri başqa kütləyə, foton kimi zərrəciklər isə ümumiyyətlə kütləyə malik deyillər?
Zərrəciklərə kütlə verən və bununla da onların sürətini və digər xüsusiyyətlərini müəyyən edən “obyektə” Hiqs Bozonu deyilir. Hiqs Bozonu bütün kainatda bərabər sürətdə və tam olaraq yayılmış kiçik “zərrəciklər” toplusudur. Yəni əgər biz hər hansı bir məkandan proton, neytron, elektron, foton, neytrino və s. kimi əsas zərrəcikləri çıxartsaq həmin məkanda yenə də Hiqs Bozonu dolu olaraq qalacaq. Hiqs Bozonu digər zərrəciklərdən fərqli olaraq məkanı tam olaraq tutub. Bu səbəbdən də digər zərrəciklər vakuumda hərəkət etdikdə onlar əslində boş fəzada deyil, Hiqs Bozonu zərrəciklərindən ibarət “okean” içərisində “üzürlər”. Adı çəkilən zərrəciklərin hərəkəti nəticəsində Hiqs Bozonu ilə qarşılıqlı əlaqə, həmin zərrəciklərə kütlə dediyimiz xüsusiyyəti bəxş edir. Fərqli fərqli zərrəciklər Hiqs Bozonu ilə müxtəlif cür qarşılıqlı əlaqədə olduğundan onların kütlələri də müxtəlif olur. Zərrəciklərin kütlələrini və Hiqs Bozonu ilə qarşılıqlı əlaqəsini təsəvvür etmək üçün belə bir illüstrasiya təqdim edək:
Təsəvvürünüzə gətirin ki, Oskar mükafatını vermək üçün kinoulduzlar dəvət olunduqları yerə maşınları ilə gəlirlər. Onlar maşınlarından düşüb, zala daxil olana qədər onları müxbirlər əhatəyə alıb, fotoçəkiliş və sualları ilə zala girməyə maneçilik edirlər. Sözsüz ki, kinoulduz nə qədər populyar və əhəmiyyətlisidrsə, müxbirlərin diqqəti və sualları ona bir o qədər çox olacaq ki, o da onları “itələyə itələyə”, onların içərisindən zala daha çətinliklə daxil olacaq. Az əhəmiyyətli ulduzlar mübirlərin az marağını çəkdiyinə görə onlar zala daha tez; tanınmamış ulduzlar isə ümumiyyətlə maneəsiz zala daxil ola biləcəklər.
Ulduzları zərrəcik, müxbirləri isə Hiqs Bozonu kimi qəbul etsək yuxarıda çəkdiyimiz nümunə tam anlaşıqlı kütləni təsvir etməyə imkan verir. Proton kimi zərrəciklər sanki vacib kinoulduzlar kimi müxbirlərlə yəni Hiqs Bozonu ilə güclü qarşılıqlı təsirdə olduğundan böyük kütləyə malik olub, onun içərisindən aşağı sürətlə keçə bilir. Lakin neytrino və ya elektron kimi zərrəciklər isə Hiqs Bozonu ilə az qarşılıqlı əlaqədə olduğundan az kütləli və böyük sürətli, foton kimi zərrəcik isə ümumiyyətlə Hiqs Bozonu ilə qarşılıqlı əlaqəyə girmədiyindən kütləsiz və maksimal sürət olan işıq sürəti ilə hərəkət etməyə qadir olur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma