Astronomiya · Fizika

Antimaddə

Dörd əsas təbiət qüvvəsindən subatom ölçülərdə qarşılıqlı təsirdə olan üçünü (güclü nüvə qüvvəsi » atom nüvələrini meydana gətirən hissəcikləri bir yerdə saxlayan qüvvə, zəif nüvə qüvvəsi » ağır və tez parçalanan hissəcikləri parçalanaraq başqa zərrəciklərə çevirən qüvvə və elektromaqnit qüvvəsi » atom nüvələriylə ətraflarında fırlanan elektronları bir yerdə saxlayaraq atomları və molekulları bir yerdə saxlayan qüvvə) açıqlayan Standart Modelə görə məlum olan bütün zərrəciklərin eyni kütlədə amma tərs elektrik yükü daşıyan bir əksi vardır (ayna görüntüsü kimi).
Bunlara qarşı maddə ya da anti maddə deyirik. Məsələn mənfi (-) yüklü elektronun anti maddə qarşılığı, + yüklü pozitron; müsbət (+) yüklü protonun anti maddə qarşılığı, – yüklü anti proton vs. Maddəylə anti maddə, yəni bir zərrəciklə öz anti zərrəciyi toqquşduqda bir-birlərini yox edərək (annihilyasiya) enerji yaradırlar.
13,7 milyard il əvvəl kainatı ortaya çıxaran Böyük Partlayışda bərabər miqdarda ortaya çıxan maddə ilə anti maddə bir-birlərini yox edərkən bəzi kvant mexaniki xüsusiyyətlər səbəbiylə maddənin çox kiçik bir hissəsi yox olmaqdan xilas olmuş və kainatda görə bildiyimiz hər şey (ulduzlar, qalaktikalar, planetlər və üzərlərindəki canlılar) bu kiçik maddə çoxluğunun məhsuludur .(Multikainat nəzəriyyəsinə görə maddə və antimaddə bu şəkildə yox olmamış, müxtəlif kainatlara paylanmışdır.
Böyük Partlayış əsnasında bərabər miqdarda maddə / anti maddə meydana gəlmiş ancaq kainatda heç yoxdur. Bu balanssızlıq hələ də bir sirrdir.
Anti maddə haqqında ilk fikirlər 1928-də Fizik Pol Dirak tərəfindən irəli sürüldü. 1932-də Carl Anderson pozitronları ( anti-elektron ) kəşf etdiyində bu fikirləri sübut etmiş oldu.
İlk anti-hidrogen atomları 1995-də CERN-də alındı.
Anti maddə istehsalı olduqca səmərəsiz bir əməliyyatdı. Verdiyindən cox daha çox enerji istehlak edir.Xərclədiyi enerjinin təxmini olaraq yalnız 0,0000000001-lik qisimi geri dönür.
Bu ana qədər CERN-də alınmış bütün anti maddə maddə ilə toqquşdurulsaydı, ortaya çıxacaq enerji yalnız bir lampanı bir neçə dəqiqə yandırmağa yetəcəkdi.
Bir milliqram anti maddə yaratmaq 100 milyard dollara tələb edir. Bir qram anti maddə ilə Xrosimoya atılan bombanın enerjisinin iki qatı əldə edilə bilir.
NASA antimaddəs ilə işləyən kosmos vasitələri inşa etmək üçün çalışır. Əgər müvəffəqiyyətli olsalar, bu kosmonovtların 180 gündə Marsa çatmasına imkan verəcək.
Bu maddənin dünyanın ən bahalı maddəsi olmasının səbəbi yaradılmasının çox çətin olmasıdır. Anti-maddə yaradılarkən ətrafa çoxlu miqdarda radiasiya saçan qamma şüaları da yayır. Anti-maddə yaradılarkən ortaya çıxan enerji olduqca böyükdür. Maddənin kosmik gəmilərində istifadə etdiyi düşünülür. Məhsulun qramının qiyməti 6.25 trilyon dollardır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma